"Üçtərəfli toplantının nəticələrini ABŞ-a göndərəcəyik" - Rusiya XİN

img

20-12-2016 [19:51]


"Rusiya, İran və Türkiyə rəsmilərinin iştirakı ilə Suriya böhranı ilə bağlı keçirilən üçtərəfli toplantının nəticələrini ABŞ daxil olmaqla maraq göstərən digər ölkələrə də göndərəcəyik".

Bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov "RİA”ya açıqlamasında deyib.

"Dünən fransızlarla görüşdük və toplantı ilə bağlı onlara məlumat verdik. ABŞ, Çin, eləcə də regional problemlərdə aktiv rol oynayan digər ölkələrlə daim əlaqədəyik. Bir sözlə, Vaşinqton maraq göstərərsə toplantının nəticəsi barədə onlara məlumat verəcəyik”, - Rusiya rəsmisi bildirib(Axar.az).

Qeyd edək ki, bir neçə saat əvvəl sona çatan toplantıda ortaq bəyannamə qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA