Rusiya və Türkiyə Suriyada atəşkəs barədə razılığa gəldi - Suriya ilə bağlı

img

28-12-2016 [14:42]


Rusiya və Türkiyə Suriya münaqişəsi ilə bağlı hərtərəfli atəşkəs planı barədə razılığa gəlib.
 
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Planın Suriyadakı münaqişə tərəflərinə təqdim olunması nəzərdə tutulur.
 
Razılaşma müxalifət və hökumət qüvvələri arasında silahlı toqquşmaların baş verdiyi bütün ərazilərə aid ediləcək. Tərəflərə hərbi əməliyyatları dekabrın 29-u yerli vaxtla saat 00:00-da dayandırmaq təklif olunacaq.
 
Dayanıqlı atəşkəs əldə olunduqdan sonra Suriya hökuməti və müxalifət Türkiyə və Rusiyanın dəstəyi ilə Astanada münaqişənin həlli ilə bağlı siyasi müzakirələrə başlayacaq. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA