Rusiya, Türkiyə və İran Suriya böhranı ilə bağlı razılaşdı - Bəyannamə

img

20-12-2016 [18:40]


Rusiya, Türkiyə və İran Suriya böhranın həlli ilə bağlı ortaq bəyannamə qəbul edib.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu və iranlı həmkarı Məhəmməd Cavad Zəriflə üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

S. Lavrov bildirib ki, birgə bəyanatda hər üç ölkə Suriyanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edir: "Ümumi fikir bundan ibarətdir ki, münaqişənin hərb yolu ilə həlli ola bilməz. Biz münaqişənin alternativi olmadan siyasi-diplomatik yolla həllinə tərəfdarıq”.

Nazir qeyd edib ki, üçtərəfli format münaqişənin həlli ilə bağlı ən effektli formatdır və eyni zamanda onun fəaliyyəti digər formatların fəaliyyətinə kölgə salmağa yönəlməyib. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA