İtaliya millisinin Avropa çempionluğunu qeyd edən azarkeşlər faciə ilə üzləşiblər

img

12-07-2021 [18:04]


İtaliya millisinin Avropa çempionluğunu qeyd edən azarkeşlər faciə ilə üzləşiblər.

 "La Repubblica" nəşrinin məlumatına görə, Kataniya əyalətində kütləvi şənliklər zamanı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 19 yaşlı gənc ölüb, daha 4 nəfər isə yaralanıb.

Fodca əyalətində isə skuter sürən 32 yaşlı kişi futbol festivalına gedərkən güllə ilə vurularaq öldürülüb. Gecə isə Venesiyada kanallardan birində orta yaşlı kişinin cəsədi tapılıb. Hələlik onun şəxsiyyəti müəyyənləşdirilməyib. Polis naməlum şəxsin ölümünün ölkədəki kütləvi əyləncələrlə bağlı ola biləcəyini istisna etmir. İtaliyanın müxtəlif şəhərlərində isə çoxlu sayda yaralının olduğu bildirilib.

Qeyd edək ki, finalda İngiltərə millisini penaltilər seriyasında 3:2 hesabı ilə (əsas vaxt - 1:1, əlavə vaxt - 0:0) məğlub edən İtaliya 2-ci dəfə Avropa çempionu olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA