ABŞ səfirliyinə hücum oldu, Vaşinqton Ankaradakı səfirliyini bağladı

img

20-12-2016 [10:07]


Ankarada naməlum şəxs ABŞ səfirliyi qarşısında atəş açıb.

Polis əməliyyat keçirərək naməlum şəxsi saxlayıb.

ABŞ Dövlət Departamentindən verilən açıqlamada insident nəticəsində yaralanan olmadığı bildirilib: "İnsident nəticəsində zərərçəkən olmayıb. Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsi saxlayıb. Hazırda araşdırma aparılır”.

Qeyd edək ki, bu hadisədən bir neçə saat sonra ABŞ-ın Ankaradakı səfirliyi bağlanıb. Bu barədə ABŞ-ın Türkiyədəki səfirliyinin Tvitter hesabında məlumat verilib. Qərar Rusiya səfirinin öldürülməsindən sonra qəbul edilib.

"ABŞ-ın Ankaradakı səfirliyi, eləcə də İstanbul və Adanadakı konsulluğu bu gün bağlıdır və normal iş fəaliyyəti aparmayacaq”, - məlumatda bildirilib(Axar.az).

Qeyd edək ki, ötən gün Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA