İsraildən iki ölkəyə qarşı sərt etiraz - Səfirlər də geri çağırıldı

img

24-12-2016 [13:33]


İsrail təcili olaraq Seneqal və Yeni Zelandiyadan səfirlərini geri çağırıb.

Bu barədə informasiyanı İsrail Xarici İşlər Nazirliyi yayıb. 

Səfirlərin geri çağırılmasına səbəb məhz bu iki ölkənin BMT Təhlükəsizlik Şurasına İsrail əleyhinə qətnaməni təqdim etmələri olub. 

Səfirlər Tel-Əvivdə konsultasiyalardan sonra geri göndəriləcəklər. Üstəlik, Netanyahu İsrail Xarici İşlər Nazirliyinə Seneqala edilən bütün yardımların dayandırılması haqqında da qərar verib.

Qeyd edək ki, dünən BMT TŞ İsrail dövlətindən başda Şərqi Qüds olmaqla, Fələstin torpaqlarında yəhudi məskənlərinin salınmasının hüquqi cəhətdən dayandırılması haqqında qətnamə qəbul edib. Qətnamənin qəbulu ilə bağlı keçirilən səsvermə zamanı ABŞ bitərəf qalıb.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA