"Çox amansız və sərt olacağıq" - Baş nazirdən terror olayına sərt reaksiya

img

17-12-2016 [13:55]


Türkkiyədə daha bir qanlı terror hadisəsi baş verib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kayseridə əsgər daşıyan avtobusa bomba yüklü maşınla hücum edilib.

Hadisə nəticəsində 13 hərbçi şəhid olub, 55 nəfər yaralanıb. Onlardan 12-nin vəziyyətinin ağır olduğu da bildirilir, 6 nəfəri isə reanimasiyadadır..

Mia.az xəbər verir ki, ilkin məlumata görə, terroru Suriyada döyüşən terror qruplarının törətməsi ehtimal olunur. 

Bir az əvvəl terrorla bağlı hadisə yerində olan daxili işlər naziri Süleyman Soylu açıqlama verib. 

O, terrorla bağlı araşdırma aparıldığını deyərək, terrora qarşı bütün gücləri ilə qətiyyətli olacaqlarını bildirib: "Bu terrora qarşı misli ilə cavab veriləcək. Səbrli olub, bu terroru kökündən həll edəcəyik. terrorun amacına çatmasına imkan verməyəcəyik".

Türkiyənin 11-ci prezidenti Abdulla Gül də hadisə yerinə gedib. O, terroru lənətlədiyini və Türkiyənin terrora baş əyməyəcəyini bəyan edib.

Hadisə ilə bağlı Türkiyə Silahlı Qüvvələri də açıqlama yayıb.

 Açıqlamada "13 qəhrəman persionalımız şəhid olub, 48-i yaralanıb. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik", deyə, bildirilib. 

Bir azdan baş nazir Binəli Yıldırımda bir neçə dəqiqə əvvəl açıqlama verib. 

O, terrorla bağlı heç bir görüş və səfər proqramlarını ləğv etməyəcəklərini deyərək, bununla terrora məqsədinə çatmağa imklan verməyəcəklərini bəyan edib:

"Hamımız birlikdə bunlara qarşı tədbirlər görəcəyik. Terorra, terrorçulara və onların idarə edənlərə qarşı çox amansız və sərt olacağıq. Onları heç bir zaman məqsədlərinə yetişmələrinə imkan verməyəcəyik".




Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA