"Türkiyə və Rusiya doğru yolda irəliləyir" - Mövlud Çavuşoğlu

img

13-12-2016 [10:13]


"Moskva-Ankara əlaqələrində dialoq getdikcə genişlənir. Əlaqələrdəki çətin dövr artıq geridə qalıb".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Sputnik"ə müsahibəsində bildirib.

O, Türkiyə-Rusiya əlaqələrində olduqca mühüm yer tutan iqtisadi faktorlardan danışıb: "Ruslardan gözlədiklərimiz məlumdur. Vizasız rejimə yenidən qayıdaq, məhdudlaşdırıcı qaydalar ləğv edilsin. Hörmətli baş nazirimiz Moskva səfərində bu barədə açıq danışdı. Rusiya tərəfində müəyyən hərəkətlilik var. İnanıram ki, yaxın vaxtlarda konkret nəticəni görə biləcəyik.

Hökumət başçımızın rusiyalı həmkarı Dmitri Medvedyevlə görüşündə təbii enerji məsələləri də müzakirə olunub. Xüsusilə "Türk axını" layihəsi və "Akkuyu" nüvə stansiyası ilə bağlı ətraflı danışıqlar aparılıb. Top artıq rusların tərəfindədir, çünki biz hər şeyə hazırıq.

Türkiyə və Rusiya doğru yolda irəliləyir. Böyük hədəflərimiz var. Bu hədəflərə çatmaq üçün imkanlara da, iradəyə də sahibik. "Dayanmaq yoxdur, yola davam" deyirik.

Təəssüf ki, bir ilimizi əbəs yerə itirdik. Qarşımızda görüləcək çox iş var. Hörmətli baş nazirimizin səfəri bu mənada çox məhsuldar keçdi, yeni bir səhifə açmaq prosesinin əhəmiyyətli bir mərhələsini təşkil etdi.

Cənab prezident (Rəcəb Tayyib) Ərdoğanın gələn ilin əvvəlində reallaşdıracağı səfərlə yeni və uğurlu dövrə rəsmən girmiş olacağıq.

Sizin vasitənizlə Rusiyanın dörd tərəfindəki qardaşlarımıza, bütün rus dostlarımıza ən səmimi salamlarımı çatdırır, hamısının yeni ilini indidən təbrik edirəm." 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA