"Ard-arda böyük yanlışlara yol verdilər" - Rəsmi Ankara ABŞ-ı Hələblə bağlı suçladı

img

16-12-2016 [18:32]


"Əgər bizim dediyimiz kimi neytral zona yaradılsaydı, Hələb indiki vəziyyətə düşməyəcəkdi".

Bunu jurnalistlərə açıqlamasında Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın söyləyib.

"ABŞ Suriya siyasətində ard-arda böyük yanlışlara yol verdi. Bu gün Suriyada baş verənlərə görə onlar məsuliyyət daşıyırlar”.(Axar.az).

Qeyd edək ki, bundan öncə Suriya hökumət qüvvələri Hələb şəhərində nəzarəti tam bərpa edib. Bu, Suriyada vətəndaş müharibəsinin başlanmasından sonra Əsəd rejiminin ən böyük qələbəsidir. Nəticədə şəhərdən müxaliflərin böyük köçü başlayıb. Ankara Hələbdən çıxan qaçqınları qəbul etməyə hazır olduğunu bildirib

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA