Merkeldən Rusiya, İran və Əsədə sərt ittihamlar - Hələblə bağlı

img

16-12-2016 [17:29]


Almaniya kansleri Angela Merkel Suriyanın Hələb şəhərində xəstəxanalara və mülki şəxslərə qarşı məqsədyönlü hücumlara görə Rusiya, İran və Suriya prezidenti Bəşər Əsədi ittiham edib.  

APA-nın "russian.rt.com”a istinadən yaydığı məlumata  görə, A. Merkel bunu Avropa İttifaqının Brüssel sammitində bildirib. O deyib ki, bu cinayətlər cəzalandırılmalıdır.

Sammitin sonunda Aİ liderləri Hələbin mülki əhalisini lazımi müdafiə ilə təmin etməyin vacibliyini vurğulayıblar. Onların qənaətinə görə, mülki əhali şəhəri bitərəf qurumların nəzarəti altında tərk etməli və humanitar dəhlizlər yaradılmalıdır.

Bununla belə, avropalı liderlər suriyalı qaçqınların üzv ölkələr arasında paylaşdırılmasına dair razılığa gələ bilməyiblər. Macarıstan, Polşa və Slovakiya qaçqınları qəbul etməyəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA