"Beşiktaş"ın "Bursaspor"la oynadığı oyundan sonra iki güclü partlayış oldu - 35 şəhid və xeyli yaralılar var - YENİLƏNİB

img

11-12-2016 [09:23]


Son mllumata görə, terror hadisəsi nəticəsində 7-si sivil, 30-u polis olmaqla 37 şəhid və 155 yaralı var. 

Onu da qeyd edək ki, 1 nəfər ölünün şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. İlkin ehtimala görə, həmin şəxs özünü partladan terrorçu da ola bilər....

Son rəsmi məlumata görə, 45 saniyə aralığında iki terror törədilib. Biri bomba yüklü maşınınb partladılması, digəri isə "canlı bomba"nın özünü partlatması ilə həyata keçirilib.

****

Bir az əvvəl "Beşiktaş"ın "Bursaspor"la oynadığı "Vodafone Arena" stadionun qarşısında, matçdan sonra 10 saniyə içində iki güclü partlayış törədilib.

Mia.az xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən daxili işlər naziri Süleyman Soylu deyib ki, partlayış nəticəsində 20-dən çox yaralı var:

"İlkin məlumata görə, 10 saniyə ərzində iki ardıcıl partlayış olub. Yaralı polisimizin verdiyi ilkin məlumata görə, hadisə nəticəsində 20-dən çox insanımız yaralanıb. Hadisə ilə bağlı baş nazirimiz məlumatlandırılıb. Hadisə yerinə əlavə qüvvələr cəlb olunub".

İlkin məlumata görə, terror hadisəsi PKK terrorçuları tərəfindən partlayıcı maddələr yüklənmiş maşınlarla törədilib.

Onu da bildirək ki, hadisə yerindən canlı yayım dərhal qadağan edilib.

Hadisə ilə bağlı "Bursaspor"dan rəsmi açıqlama verilib.

Bildirilib ki, hadisədən dərhal sonra tərəfdar qrupu ilə təmas qurulub və tərəfdarlarından kimsənin yaralanmayıb.

Onu da qeyd edək ki, oyun "Beşiktaş"ın 2-1 hesablı qələbəsi başa çatıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA