BAMF Dağlıq Qarabağda keçirilən ?seçki?dən narahatdır

img

24-05-2010 [05:17]


Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsində 2010-cu il mayın 23-də separatçı rejimin ?seçki? keçirməsi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbərliyini narahat edib. Bu barədə BAMF-ın sədri Umud Rəhimoğlunun mətbuat üçün yayılan açıqlamasında deyilir: ?Beynəlxalq Avrasiya Mətbuat Fondu mayın 23-də Dağlıq Qarabağda separatçı rejim tərəfindən ?seçki? keçirilməsindən narahatdır. Belə bir həssas məqamda separatçı rejim tərəfindən ?seçki? oyunun ortaya atılması bir daha onu göstərir ki, Ermənistan bu problemin dinc yolla həllində maraqlı deyil. Bu səbəbdən də ermənilər hər dəfə danışıqların real müzakirəsi ərəfəsində ortaya nəysə bir bəhanə və yaxud ?seçki? oyununu atır. Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqların, görüşlərin intensivləşdiyi bir vaxta işğalçı rejimin belə bir addım atması dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə pislənməlidir?. BAMF sədri problemin bu həddə gəlib çıxmasında dünya dövlətlərini və beynəlxalq gücləri də qınayıb. O bunun səbəbini beynəlxalq güclərin hələ də Ermənistana öz yerini lazımı şəkildə göstərməməsində görür. BMT-nin 4 qətnaməsini xatırladan U.Rəhimoğlu Ermənistanın və separatçı rejimin bu qətnamələrə məhəl qoymamalarına elə bu beynəlxalq nüfuzlu qurumun və digər dünya ictimaiyyətinin biganə qalmasını işğalçı dövlətin belə hərəkət etməyə rəvac verdiyini deyir: ?İstər BMT, istərsə də digər nüfuzlu beynəlxalq güclər tərəfindən hər hansı ciddi sanksiyalarla üzləşməyən Ermənistan və separatçı rejim özünü daha arxayın aparır, özünün işğalçılıq siyasətini davam etdirir. Bu da Dağlıq Qarabağ probleminin həllinə mane olan əsas faktorlardandır.? Açıqlamada U.Rəhimoğlu dünyanın aparıcı dövlətlərini və beynəlxalq gücləri bu ?seçkini? pisləməyə, Ermənistana və separatçı rejimə qarşı ciddi sanksiyalar tətbiq etməyə çaqırır: ?Bildiyiniz kimi, Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyona yaxın vətəndaşlarımız uzun illərdir ki, ağır şəkildə məcburi köçkün və qaçqın həyatı yaşamaqdadır. Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq qurumlar, nəhayət, həqiqəti anlamalı və Cənubi Qafqazda demokratiyanın, insan haqlarının qorunmasında ən böyük mane olan Dağlıq Qarabağ probleminin həlli üçün Ermənistana və separatçı rejimə qarşı sanksiyalar tətbiq etmək üçün konkret addımlar atmalıdır.? U.Rəhimoğlu yalnız bu təqdirdə Ermənistanın iyrənc siyasi oyunlara son qoyacağı və Azərbaycan torpaqlarını işğaldan azad edəcəyi qənaətindədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA