ümumdünya informasiya Azadlığı gününə həsr edilmiz tədbir keçirilib

img

17-05-2010 [12:53]


Bu gün Media mərkəzində Ümumdünya İnformasiya Azadlığı gününə həsr edilmiş mətbuat konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, konfransın açılışını edən Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı qeyd edib ki, ?İnformasiya əldə etmək haqqında? Qanunun qəbulundan sonra şəffah bilgi mühitinin formalaşdırılması məqsədilə görülən işlərin araşdırılmasını əhatə edib: ?Media Hüququ İnstitutunun (MHİ) apardığı araşdırmaların məqsədi Azərbaycanda bilgi azadlığının gerçək durumunu öyrənmək, problemləri müəyyənləşdirib hökümətin bilgi azadlığı yönündə səylərinə yardımçı ola biləcək tövsiyyələr hazırlamaq, mediyanı, vətəndaşları bilgi əldə etmək haqlarından davamlı yararlanmağa həvəsləndirmək olub?. Digər çıxışçı Xalid Ağaliyev bildirib ki, MHİ-nin apardığı araşdırmaların 2009-cu ilin sentyabr ayından bəri olan dövrü əhatə edən bu hesabatda bilgilərə çatım hüququnun beynəlxalq ölçüləri, milli qanunvericiliyin həmin ölçülərə uyğunluğu incələnib: ?Qanunvericiliyin necə işləməsinin öyrənilməsi məqsədilə MHİ-nin əməkdaşlarının, jurnalistlərin, sivil toplum quruluşları fəallarının bilgi sahiblərinə göndərdikləri bilgi sorğularının icra durumu, bilgi sahiblərinin intenet saytlarının bilgi açıqlığı prinsiplərinə uyarlığı, bilgi hazırlayıb-yayma işinin necə qurulduğu tədqiq edilib. Bilgi sahibləri 350 yazılı sorğunun 188-nə cavab veriblər. Sorğuların 53,7%-i cavablandırılıb. Bu göstərici Media Hüququ İnstitunun ?İnformasiya əldə etmək haqqında? qanunun əldə edilməsindən sonra apardığı davamlı araşdirmalara görə ən yüksək göstəricidir. Əvvəlki illərdə cavablandırılan sorğuların uyğun göstəricisi 40% -dən yüksək olmayıb. Sorğuları qanunvericilikdə nəzərdə tutulan qaydada və məzmunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Statistika Komitəsi cavablandırılıb. Sorğulara verilən 188 cavabdan 148-i 25 gün ərzində göndərilib. Həmin cavabların 51-də informasiya sahibləri istənilən bilgini verməkdən imtina ediblər. 40 cavab natanan olub. 57 cavab istənilən bilgiləri tam əhatə edib. Beləliklə, 350 informasiya sorğusundan ümumilikdə 76-ı (27%) tam cavblandırılıb. MHİ-nin illər üzrə araşdırmalarına görə, bu qeydə alınan ən yüksək göstəricidir. Əvvəlki illərdə uyğun göstərici 15%-ni altında olub. [b]Rəhilə Manafova[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA