08-07-2016 [12:39]
Ukraynanın Xerson şəhərində azərbaycanlı iş adamı, diaspor rəhbəri İlham Tağıyevin qətlində adı hallanan Nazim Məmmədov iddialara cavab verib.
N. Məmmədov APA-ya bildirib ki, mərhumun oğlu Sərxan Tağıyevin qətldə onu ittiham etməsinin heç bir əsası yoxdur, istintaqla da sübut edilib ki, onun bu işdə heç bir rolu olmayıb.
N. Məmmədovun sözlərinə görə, Xerson şəhər Polis İdarəsindən də İ. Tağıyevin oğluna izah edilib ki, iş bağlanıb, müttəhimlər artıq məhkəmə qarşısına çıxarılıb, Nazim və Eynulla Məmmədovların bu işlə heç bir əlaqəsi yoxdur:
"Buna baxmayaraq, əl çəkmirlər, məni bu işə qatmaq istəyirlər. Əvvəla deyim ki, rəhmətlik İlham Tağıyevlə biz yaxın qohumuq, qudayıq. İkincisi, onun mənimlə heç bir problemi olmayıb. Olsa belə, mən ağlımı o qədər itirmişəm ki, qız köçürüb, qohum olduğum qudamı öldürüm? Mən əvvəllər həbsdə olmuşam. Bu işlə cüzi bir bağlılığım olsaydı, polis keçmiş məhkum kimi məndən əl çəkərdi? Hadisə baş verəndə polisə kimsə nəsə dedi, şübhələnib məni saxladılar. Amma araşdırdılar ki, əlaqəm yoxdur, buraxdılar. Sübut olundu ki, bunu sifarişlə edən o ermənilərdir, hansıların ki, indi məhkəməsi gedir. Qətlin digər iştirakçı İlham Məmmədovu da Azərbaycanda polis saxlayıb, o da ermənilərlə əlbir olaraq bunu etdiyini etiraf edib. İndi bir qrup adam mərhumun oğlu Sərxanı öyrədib mənim üstümə salıb. Onlar da gah gedib Azərbaycanda İlham Məmmədovun dilindən mənim əleyhimə nəsə almaq istəyirlər, gah da burda polisə təzyiq göstərib, guya mənim qətldə əlimin olması barədə iz tapmaq istəyirlər. Bu biabırçılıqdır. Mən onun oğluna və ailəsinə də demişəm, yenə deyirəm: gəlsinlər, yığışaq, müqəddəs Quranı qoyaq ortaya, əl basıb and içərəm ki, bu işlə uzaqdan-yaxından əlaqəm yoxdur. Amma onlar da and içsinlər ki, kimsə onları öyrətməyib. Görüm, edəcəklər?”.
Qeyd edək ki, N. Məmmədov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Bakının mərkəzi üzrə səlahiyyətli nümayəndəsi, İçəri Şəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədlinin qardaşıdır.
Xatırladaq ki, Xerson vilayətindəki Azərbaycan Konqresinin sədr müavini, iş adamı İlham Tağıyev 2015-ci il avqustun 17-də evinin qarşısında öldürülüb. Onun qətli ilə bağlı milliyyətcə erməni olan Karapetyan Sergey Razmikoviç, Montiyan Xaçik Stepanoviç, Ukrayna vətəndaşı Aleksandr Kovalenko və Allahverdiyev Naim Balakişi oğlu tutulub.
Ötən il dekabrın 15-də isə daha bir nəfər - İlham Məmmədov Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən Lənkərandan İrana keçmək istəyərkən saxlanılıb. Hazırda qətllə bağlı Xerson şəhərində məhkəmə prosesi davam edir.
İ. Tağıyevin oğlu S. Tağıyev isə istintaqdan narazılığını bildirərək atasının qətlində daha bir neçə şəxsi, o cümlədən Nazim və Eynulla Məmmədovları ittiham edir.
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb