14-06-2016 [12:22]
Dünən politoloq Ərəstun Oruclunun MTN işi ilə bağlı verdiyi müsahibədə "2800 seks videosu" barədə səsləndirdiyi iddialar mediada ciddi ilgi gördü və manşetlərə daşındı.
Ümumiyyətlə seks videosu ilə şantaj xüsusi xidmət orqanlarının nə vaxtdan vazkeçilməzi olub?
Mia.az xəbər verir ki, Moderator.az-ın əməkdaşı bu sualla təhlükəsizlik məsələrəi üzrə tanınmış ekspert İlham İsmayıla müraciət edərək aşağıdakı cavabı alıb:
"Hörmətli Ərəstun bəyin "MTN işi" kimi qəbul olunan proses barədə məlum müsahibəsi kifayət dərəcədə rezonans doğurub və müsahibədə proses əsasən düzgün qiymətləndirilib. Xüsusilə, işin yalnız istintaqdan deyil, daha çox siyasi qərarlardan asılı olan bir proses olduğu dəqiq göstərilib. Ərəstun Oruclunun qaldırdığı suallar da cəmiyyəti həm maraqlandıran, həm də narahat edən məsələlərdir. Bu deyilənlər öz yerində, amma hiss olunur ki, əksər mətbuat nümayəndələri və sosial şəbəkədəkilər "2800 ədəd seks videokaseti" barədə olan informasiyanı önə çəkərək, şantaj materialların hədəflərinin kimlər olduqlarıyla daha çox maraqlanırlar. Kasetlər barədə fikir bildirməzdən əvvəl qeyd edim ki, seks şantajı tarixən xüsusi xidmət orqanlarının populyar metodlarından biri olub. Ərin və ya arvadın xəyanəti video, foto görüntülərlə qeyd olunandan sonra istər kəşfiyyat, istərsə də əks kəşfiyyat bu metodla istədiyinə nail olmağa çalışıb. Yəni hədəfi casusluq etməyə cəlb etmək üçün həmin materiallardan istifadə ediblər. Bu metod həmişə də uğurlu alınmır. Xüsusilə diplomatlara ( bəzi müsəlman ölkələri istisna olmaqla) qarşı işlədəndə onlar adətən bunu gülə-gülə qarşılayıblar.
Qeyd olunan kasetlərin 90 faizi proses üçün siyasi qərar verilməsinə təsir edə bilməz, yəni hansısa məmurun, ictimai şəxsin, lap bəzi nazirlərin də, onların ailə üzvlərinin də görüntüsü son anda siyasi qərara təsir edə bilməz. O deyilən görüntülərin 10 faizi ( rəqəmlər nisbidi) xüsusi narahatlıq yarada bilər ki, görünür hələ də istintaq bu işdə hüquqa əsaslanan qərar verə bilmir. İkincisi 2800 ədədin demək olmaz ki, hamısının təşəbbüskarı və sifarişçisi yalnız MTN işçiləridi.
Ola bilsin ki, sifariş daha yuxarıdan gəlsin və kasetlərdə bunlar qeyd edilsin və məlumdur ki, belə sifarişlərin bəziləri televiziyalara, internetə qədər çıxarılıb. Sifarişlərin içərisində yalnız yataq səhnələri deyil, ölümlə nəticələnən qətllərin, rüşvət vermə-alma proseslərinin də olması mümkündür. Ərəstun Oruclunun konkret adlar çəkərək, onların niyə bu günədək istintaqa cəlb olunmamasının cavabını da məhz qeyd etdiyimiz sifarişlərdə, tapşırıqlarda axtarmaq lazımdır. İlk baxışda aydın olmayan bütün məqamlar şantajla bağlıdır. Vaxtilə qanunsuz, dövlətə, dövlətçiliyə xidmət etməyən sifarişlərin, tapşırıqların gözünə öz şəxsi maraqlarını da qoşub quldurluq edənlər bir gün cinayətlərin üstünün açılacağının fərqində olublar, hazırlıq görüblər. O hazırlıqla da onları ittiham edənləri şantaj edirlər.
Vaxtilə Moderator .az saytına verdiyim açıqlamada demişdim ki, "MTN işi" tezliklə bitməyəcək və burda gözlənilməz hadisələr baş verəcək. Hələ ki, bir zabit intihar edib, intiharın şahidi də "özünə qəsd" edib, bir zabit də içəridən hədə-qorxu gəlir ki, məni buraxın, yoxsa özümü öldürərəm. Ümumiyyətlə, məhkəmənin olması belə çətin görünür. Məhkəmə çox güman ki, qapalı keçirilsin, ya da müttəhimlərin bəzilərilə əvvəlcədən razılaşdırılmış mövqe qoyulması şərti kəsilsin. Gedişatın istintaqdan çox, siyasi qərardan asılı olacağı açıq hiss olunur".
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb