Əflatun Amazov ATƏT-in Bakı ofisinin rəhbəri Ali Bilge Cankorelə görüzüb

img

07-10-2009 [02:47]


ATƏT-in Bakı ofisinin rəhbəri Ali Bilge Cankorel Mətbuat Şurasında Şura sədri Əflatun Amaşovla görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə hər iki təşkilat arasında media sahəsindəki əlaqələrin genişlənməsinə, keçid dövrünü yaşayan Azərbaycan mətbuatının problemlərinə, bunların həlli yollarına dair fikir mübadilələri aparılıb. MŞ sədri Ə.Amaşov qonağa rəhbərlik etdiyi qurumun yaranma zərurəti, media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi istiqamətindəki fəaliyyəti barədə məlumat verib. O, MŞ-nin indiyədək ATƏT-in Bakı ofisi ilə əməkdaşlıq təcrübəsindən, reallaşdırılan birgə tədbirlərindən söhbət açıb, bunların əhəmiyyətli cəhətlərini vurğulayıb. A.Cankorel görüşün onun üçün Şura ilə tanışlıq baxımından müstəsna önəm daşıdığını bildirib. O, qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsindən Azərbaycan mediasının fayda götürəcəyinə ümidvar olduğunu deyib. Bunun üçün məqsədyönlü layihələrin həyata keçirilmə zərurətinə toxunan ATƏT təmsilçisi konkret fəaliyyət istiqamətləri üzrə işçi qruplarının yaradılmanı vacib sayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA