"ideal" qəzetinin baz redaktoru Nazim Quliyevin məhkəməsi bazlayıb

img

23-09-2009 [12:30]


Xuliqanlıqda, hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən azərbaycanlı baş redaktorun işi üzrə hazırlıq iclası keçirilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən verilən məlumata görə, "İdeal" qəzetinin baş redaktoru Nazim Quliyevin cinayət işi üzrə məhkəmə baxışı sentyabrın 28-nə təyin olunub. Baş redaktor səhhətində yaranmış problemlə əlaqədar bir müddət öncə Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülmüşdü. Məhkəmədən bildirilib ki, Quliyevin səhhətindəki problem aradan qaldırılıb və o, yenidən istintaq təcridxanasına etap olunub. Quliyev Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə (182.2), hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə (182.2.3), külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə (182.2.3), xuliqanlıq (221.1), qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.1) maddələri ilə təqsirli bilinib. Bu iş üzrə 6 nəfər zərərçəkmiş kimi tanınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA