Novruzəli Məmmədovun ölümü ilə bağlı cinayət izinin bazlanılması rədd edilib

img

30-09-2009 [02:15]


Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun sabiq bölmə müdiri, ?Tolişi Sədo? qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ölümü ilə bağlı cinayət işinin başlanılması rədd edilib. Nizami rayon prokurorunun köməkçisi Eldar Rəhimovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, N.Məmmədovun xəstəlikdən dünyasını dəyişdiyi dəqiqləşib. Hadisəni araşdıran istintaq qrupu N.Məmmədovun baş beynin işemik infarktından dünyasını dəyişməsi qənaətinə gəlib. Qeyd edək ki, Novruzəli Məmmədov bu il avqustun 17-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, dini düşmənçiliyi yayma) maddələri ilə ittiham olunaraq, 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA