Jurnalistlərin məhkəməsi növbəti dəfə təxirə salındı

img

25-09-2009 [03:24]


Bu gün Nəsmi rayon Məhkəməsində "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimovun Qaynar.info-nun baş redaktoru Zahir Əzəmət və Fanat.az-ın köşə yazarı Natiq Muxtarlı barəsində xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsi üzrə məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Qaynar.info-nun verdiyi xəbərə görə, buna səbəb kimi məhkəmə tərəfindən Daxili İşlər Nazirliyinə göndərilən tələbnaməyə hələ də cavab verilmədiyi göstərlib. Sorğunun göndərilməsindən təqribən 1 ay müddət keçib. Qanunvericiliyə görə, DİN maksimum 15 gün müddətində sorğunu cavablandırmalıydı. Artıq ikinci dəfədir ki, eyni səbəbdən məhkəmə prosesi təxirə salınır. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə Qaynar.info-ya açıqlamasında sorğuya cavabın 1 ay cavabsız qalmasının inandırıcı olmadığını bildirdi: "İndi dərhal bunu dəqiqləşdirmək imkanım yoxdur. Amma bu qədər müddətə sorğunun cavabsız qalması mümkün deyil. Hətta belədirsə, hakim niyə maraqlanmır sorğunun taleyi ilə?" Nəsimi Rayon məhkəməsinin hakimi Elmar Kərimovun katibi Elmira Bayramova isə Qaynar.info-ya açıqlamasında bir daha sorğuya cavab gəlmədiyini söylədi: "Sorğumuza cavab gəlməyib. DİN isə öz işi ilə məşğul olsun, bizə məsləhət verməsin. Biz öz işimizi yaxşı bacarırıq". Bildirək ki, proseslə bağlı məhkəmə istintaqı artıq 1 aydır ki, başa çatıb. Bu günkü prosesdə məhkəmə hökmünün elan olunması gözlənilirdi. Xatırladaq ki, Mais Mənsimov iddia ərizəsində Fanat.az-ın köşə yazarı Natiq Muxtarlının öz yazılarında özünün və ailəsinin şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək, həm müəllifi, həm də saytın layihə rəhbəri Zahir Əzəmətin həbs olunmasını tələb edir. // T.İsmayılov, QayNar

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA