?Ayan? qəzetinin təsisiçisi və baz redaktoru Cavid Ələsgəroğlu Prezidentə müraciət etdi

img

03-10-2009 [07:24]


Ötən gün ?Ayan? qəzetinin təsisiçisi və baş redaktoru Cavid Ələsgəroğlu Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Həmin müraciətində sentyabrın 13-də naməlum şəxslər tərəfindən döyülməsinə rəğmən, cinayətkarların hələ də tapılmamasından bəhs olunur. Müraciətdə deyilir: ?Cənab Prezident, rəhbərlik etdiyim qəzet həmişə obyektiv və ədalətli mövqe tutaraq, cəmiyyətimizdə baş verən neqativ halları işıqlandırmaqla məşğuldur. Fəaliyyət göstərdiyimiz müddət ərzində mümkün qədər cəmiyyətin aynası olmağa çalışmışıq. Nəzərinizə çatdırmaq istəyirəm ki, sentyabr ayının 13-ü gecə 2-3 radələrində yaşadığım binanın qarşısında naməlum şəxslər tərəfindən döyülmüşəm. Bundan əvvəl isə yenə də naməlum şəxslər tərəfindən izləndiyimi görüb, DİN-ə müraciət edərək, onlardan yardım istəmişəm. Qara rəngli ?Prado? markalı maşında iki nəfər tərəfindən izlənilməyimə rəğmən, müraciət etdiyim instansiyalar bununla bağlı tədbir görməyiblər. Nəticədə, bu səhlənkarlıq mənim döyülməyimlə nəticələndi?. Müraciətdə daha sonra bildirilir ki, həmin hadisənin üzərindən xeyli müddət keçməsinə rəğmən baş verən olaylarla bağlı təhqiqat aparan Nəsimi rayon Prokurorluğu və Polis İdarəsi heç bir nəticə əldə etməyib. ?Cənab Prezident, hadisənin üzərindən 3 həftəyə yaxın vaxt keçib. Mənim döyülməyimlə bağlı təhqiqat aparan Nəsimi rayon Prokurorluğu və Polis İdarəsi indiyə qədər heç bir nəticə əldə etməyib. Hal hazırda cinayətkarların aşkarlanıb barələrində müvafiq hüquqi tədbirlərin həyata keçirilməsindən ötrü əməliyyat-axtarış proseslərinin icrası gecikir. Sizdən artıq dərəcədə xahiş edirəm ki, hüquq-mühafizə orqanlarına göstəriş verəsiniz ki, bu istiqamətdə fəaliyyətlərini artırıb, cinayətkarların tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində işlərini sürətləndirsinlər. Siz hamımızın Prezidenti olaraq mənim də bir vətəndaş kimi hüquqlarımın qorunmasına yardımçı olarsanız, bundan böyük məmnuniyyət və fəxr duymuş olaram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA