?Yeni Müsavat? və ?Azadlıq? qəzetləri barızdı

img

14-10-2009 [11:16]


?Yeni Müsavat? və ?Azadlıq? qəzetləri arasında neçə gündən bəri davam edən kəskin polemikaya son qoyulub. Hər iki qəzetin rəhbərliyi bu barədə razılığa gəliblər. Xatırladaq ki, ?Yeni Müsavat? qəzetinin baş redaktoru Rauf Arifoğlu ?Azadlıq? qəzetinin hazırda məhbəsdə olan rəhbəri Qənimət Zahidə ?İncitsək, bağışla? başlıqlı məqalə ilə müraciət etmişdi ki, xoşagəlməz konfliktlə bağlı öz sözünü desin. Bu günlərdə isə Qənimət Zahid məhbəsdən Rauf Arifoğluna göndərdiyi məktubda barışıq missiyasını baş redaktorumuzun üzərinə qoymuş, çay masası arxasında oturaraq, qəzetlərin arasındakı ziddiyyətləri həll etməyə çağırmışdı. Həbsxanada olan baş redaktorun sözünü yerə salmayan Rauf Arifoğlu və ?Azadlıq? qəzetinin direktoru Azər Əhmədov dünən görüşərək yaranmış durum barədə müzakirə aparıblar. Görüşdə qərara alınıb ki, bundan sonra hər iki qəzet bir-birinə qarşı yazılar dərc etməkdən imtina etsinlər, peşə həmrəyliyinə sadiq olsunlar. Razılaşma bütün qəbildən, janrdan olan yazılara şamildir. Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA