Bakı Slavyan Universiteti ilə BBC arasında saziz bağlanıb

img

29-09-2009 [01:33]


Bu gün Bakı Slavyan Universitetində ?Azərbaycanda jurnalistika tədrisinin inkişafına dəstək? mövzusu çərçivəsində BBC-nin Dünya İnam Xidməti ilə Bakı Slavyan Universiteti arasında bağlanan əməkdaşlıq sazişi ilə bağlı mətbuat konfrans keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, konfransda Avropa Şurasının Bakı ofisinin informasiya mərkəzinin rəhbəri İlqar İbrahimli, BBC-nin Dünya İnam Xidmətinin (World Service Trust) rəhbəri Coraline Nursey, BSU-nun rektoru Kamal Abdulla və digər qonaqlar iştirak ediblər. Konfransda ilk çıxış edən BSU-nun rektoru K.Abdulla iştirakçılara və BBC-nin Dünya İnam Xidmətinin rəhbərliyinə təşəkkürlərini çatdırıb. Rektor bu layihənin Universitetin dünyanın bir çox ölkələri ilə olan əlaqəsində yeni bir səhifə açdığını deyib. Həmçinin, layihənin Azərbaycanda jurnalistaka tədrisinin inkişafına kömək edəcəyinə və hər iki tərəf üçün də uğurlu olacağına ümüd etdiyini də qonaqların nəzərinə çatdırıb. Dünya İnam Xidmətinin rəhbəri Coraline Nursey də lahiyədə iştirakına görə BSU-nun rektoru K.Abdullaya təşəkkürünü bildirib. O, lahiyənin təkcə Azərbaycanda deyil, Gürcüstan, Ruminiya kimi dövlətlərdə də həyata keçirildiyini söyləyib: ?Bu layihənin məqsədi ölkələrdə yerli media institutlarının inkişafına dəstəkdir. Layihədə nəzərdə tutulur ki, iştirakçılar BBC-də təlim görsün və gələcəkdə bu şəxslərlə, əməkdaşlıq edilsin?. Sonda isə layihənin baş tutması üçün əməkdaşlıq müqaviləsi imzalandı. Elçin TAPDIQOV

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA