Dünya Qəzetlər Assosiasiyasının təmsilçiləri Azərbaycan Mətbuat Şurasında olublar

img

23-09-2009 [07:05]


Bu gün Dünya Qəzetlər Assosiasiyasının (WAN) rəhbər şəxsləri - qurumun media azadlığı və inkişafı proqramının icraçı direktoru Mirjana Miloşeviç, proqramın rəhbəri Bengt Braun və təşkilatın baş ofisinin rəhbəri Timoti Baldinq Azərbaycan Mətbuat Şurasında olublar. MŞ sədri Əflatun Amaşov qonaqlara Şuranın ölkəmizdə media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi təcrübəsi barədə məlumat verib. ?Şuranın başlıca iş prinsipi qəzet, jurnal və informasiya agentlikləri ilə bağlı ictimaiyyətin müxtəlif təbəqələri tərəfindən daxil olan müraciətləri araşdırmaqdan ibarətdir. Bu fəaliyyət kütləfi informasiya vasitələrindən olan narazılıqların məhkəmə müstəvisinə çıxmaması, məsələlərin media müstəvisində həllini tapması baxımından əhəmiyyətlidir. Əlbəttə, problemlərimiz də var. Amma ötən müddət həyata keçirdiyimiz tədbirlər nikbinliyə əsas verir?, - deyə o bildirib. WAN təmsilçiləri çıxışlarında səfərlərindən məqsədin ölkədəki mövcud söz və mətbuat azadlığı mühitinin qəzetlərin fəaliyyət dairəsinə nə kimi təsir göstərdiyini müəyyənləşdirmək olduğunu vurğuladılar. Müzakirələr nəticəsində belə bir ortaq fikrə gəlindi ümumən Azərbaycanda media kasıb struktura malikdir. Bu, onun hadisə və proseslərə obyektiv yanaşmasında da çətinliklər yaradır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA