?Respublika?nın baz redaktoru yayım firmalarının redaksiyaya borclu qalmasından zikayətlənır

img

12-10-2009 [04:39]


Oktyabrın 7-dən ?Respublika? qəzeti öz dərcini dayandırıb. Ötən həftə baş redaktor Teymur Əhmədov ?Media forum? saytına açıqlamasında bildirmişdi ki, dayanmaya səbəb kağızın tükənməsi, yayım firmalarının redaksiyaya borclu qalmasıdır. Redaksiya kağız problemini necə həll edir? ?Respublika? nə vaxt dərc olunacaq? ?Media forum? saytı bu və digər suallarla qəzetin baş redaktoru Teymur Əhmədova müraciət edib: - Teymur müəllim, ?Respublika? qəzetinin çıxması nə üçün yubanır? - Hazırda mətbuat yayımı qurumları ilə danışıqlarımız davam edir. Onlardan borcumuzu alıb problemi həll eləmək fikrindəyik. Qəzetin rekvizitlərində də yazılıb ki, təsisçi Prezidentin İşlər İdarəsi və redaksiya kollektividir. ?Respublika? dövlət qəzeti kimi tanınsa da, dövlətdən nəsə almır, qəzet abunə hesabına dərc olunur. - ?Respublika? qəzeti rəsmi dövlət nəşri sayılır. Oktyabrın 7-dən dərcini dayandırıb. Ötən günlərdə hər hansı dövlət rəsmisi qəzetin poblemi ilə maraqlanıbmı? - Siz məndən soruşursunuz, mən də cavab verirəm. Gərək məndən kimsə nəsə soruşa ki, mən də cavab verəm. Amma güman etmirəm ki, qəzetin dayanması barədə məlumatsız olsunlar. Bu barədə heç nə deyə bilmərəm. Qəzetin dayanmasının mexanizmi belədir: kağız qurtarıb və redaksiyanın nəşriyyata borcu var. Yayım firmalarının da redaksiyaya borcu var. Lazımdır ki, bizə olan borc ödənilsin və biz də öz problemimizi həll edək. Ya da gərək nəşriyyat rəhbərliyi yüksək mədəniyyət, yüksək vəzifə borcu və həm də dözüm göstərəydi ki, ?Respublika? öz fəaliyyətini dayandırmasın. Mətbəədə nə qədər desən kağız var, ondan istifadə olunardı. Biz onun pulunu verəcəkdik. - Qəzet oktyabrın 7-dən dərc olunmur. O gündən indiyə kimi hansısa qəzet yayhımı firması sizə olan borcu ödəyibmi? - Xırda mətbuat yayımı firmalarından 10-15 min manat ala bilmişik. Eyni zamanda rayonlarda bizim abunəmizi təşkil edən ?Azərmətbuatyayım?ın rəhbərliyi ilə də danışıqlar aparmışıq. Ən çox bizə borcu oolan yayım firması bu qurumdur. 46 min manat borcu var. - 46 min manat nə vaxtın borcudur? - Bilirsiniz ki, hər altı aydan bir abunə yazılışı olur. ?Azərmətbuatyayım?dan müəyyən qədər, belə deyək, əvvəlki ayların borcundan 20 min manat almışıq. 46 min manat isə son üç ayın borcudur. Göründüyü kimi, bizim xeyli alacağımız var. Amma bu pullar ödənilməyib. ?Azərmətbuatyayım?ın rəhbəri bildirir ki,təşkilatlar pullarını yayım firmasına ödəməyib. Mən də deyirəm ki, bu abunədir və abunəyə yazılan qurumlar əvvəl pulunu ödəyir, sonra siz bizdən qəzeti alaraq aparıb onlara çatdırırsınız. İstər fərmi adamlar da qəzetin abunə haqqını ödədikdən sonra pulunu alır. Mən bu sözü ona demişəm. Bildirmişəm ki, yayım firması öz faizini götürsün, bizim haqqımızı da hesabımıza köçürsün. - ?Respublika? qəzetinin birdəfəlik dayanma ehtimalı varmı? - Mənim fikrimcə, heç kəsin ixtiyarı yoxdur ki, ?Respublika? qəzetini dayandırsın. Yalnız cənab prezident İlham Əliyev buna göstəriş verə bilər. Əgər Heydər Əliyev 1995-ci iləd məni yanına çağırıb bu qəzeti yenidən qurmağı tapşırıbsa, mən də bu qəzeti bugünkü səviyyəyə çatdırmışamsa, niyə qəzet bağlansın ki? Ən sıravi əməkdaşları da nəzərə alsaq, təxminən 100 nəfər işçimiz var. Mən bacardığım qədər çalışacam ki, bu qədər insan, onların ailələri işsiz qalmasın. Bacardığım qədər qəzetin fəaliyyətinin davam etdirilməsinə çalışacam. Vaxtilə Nazirlər Kabinetinin bu adda orqanı olub. Amma Surət Hüseynovun baş nazirliyi dövründə nəşrini dayandırdı. Nəhayət, 1995-ci il oktyabrın 9-da mərhum prezident, ümummilli liderimiz Heydər Əliyev məni yanına çağırtdırdı və bu qəzeti yaşatmağı tapşırdı. O günlərdə bizim heç stulumuz da yox idi. Bütün əməkdaşlar bir otaqda cəmləşmişdi. Çox əlləşib-vuruşduq, qəzet 1996-cı ilin martında - Novruz bayramı günlərində dərcinə başladı. Biz öz hesabımıza, öz gücümüzə qəzeti bu səviyyəyə çatdırdıq. Vaxt vardı ki, ?Respublika? qəzetinin abunəsi digər dövlət qəzetlərini 1500-2000 nüsxə üstələyib. Gözəgörünməz qüvvələr var. Yəqin bizim qəzetin bağlanmasında maraqlıdır. - Qəzetdə bəs əmək haqqı necədir? - İşçilərin maaşları digər dövlət qəzetlərinin işçilərinin əmək haqqından aşağıdır və bu da təbiidir. İl yarım bundan əvvəl maaşları 30 faiz artırmaq istədim, amma mümkün olmadı. Kollektiv də ümid edir ki, yayım firmaları ilə bağlı problemlər müsbət həll olunacaq və qəzet öz fəaliyyətini davam etdirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA