Mətbuat Şurasında treninq-məzğələlərin keçirilməsinə bazlanılıb

img

01-07-2009 [01:23]


Bu gündən Azərbaycan Mətbuat Şurasında Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi layihə müsabiqəsi ilə bağlı treninq-məşğələlərə başlanılıb. Treninq-məşğələlər qruplar üzrə keçirilir. Hər qrup üçün müddət 3 gün saat 10.00-dan 14.00-dək müəyyənləşdirilib. Digər qrupun məşğələlərinə gələn həftənin ilk iş günündən start veriləcək. Məşğələlər müstəqil ekspertlər ? Aydın Kərimov və Nigar Atabəyli tərəfindən aparılır. Treninqin ilk günü tədbirə 30-dək KİV təmsilçisi qatılıb. Əvvəlcə iştırakçılara təlimin məqsədi, təşkili və iş qaydası haqqında söhbət açılıb. Sonra layihə təklifinin yazılması, müsabiqə qaydaları, layihələrin strukturu və mövzuları barədə məlumat verilib. Treninq-məşğələlərdə qruplar üzrə layihə təklifinin hazırlanması, qrupların işinin təqdimatı və müzakirələrin aparılması da nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA