Rəısmi Moskva: “Rusiya ABŞ-a qarşı sanksiyalar tətbiq edəcək”

img

12-03-2022 [14:06]


“Rusiya ABŞ-a qarşı sanksiyalar tətbiq edəcək”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Birinci kanal”a müsahibəsində deyib.

O deyib ki, rəsmi Moskva ABŞ-a qarşı adekvat addımlar atacaq.

“ABŞ-a qarşı sanksiyaların siyahısı hazırdır. Rusiya tezliklə ABŞ və digər Qərb ölkələrinə sanksiyalar tətbiq edəcək. Rusiya ilə ABŞ arasındakı münasibətlərdə maskalar atılıb, artıq iqtisadi müharibə elan olunub. Bizim ABŞ rəsmiləri ilə əlaqələrimiz kəsilmir. Səfirliklərimiz və digər nümayəndələrimiz vasitəsilə əlaqələrimiz davam edir”, - S.Ryabkov bildirib/Report.

Nazir müavini Rusiyanın ABŞ-a tətbiq etdiyi sanksiyaların yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağını vurğulayıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA