02-06-2009 [04:29]
Yazıçı Vaqif Nəsib Sarıhüseynoğlunun Müstəqil İnformasiya Agentliyinə (mia.az)-a ekslüziv müsahibəsi
[b]- Bir şair kimi populyar olan və yeddi şeir kitabı çıxan Vaqif Nəsib necə oldu ki, şeirdən nəsrə keçdi?[/b]
- Mən əvvəllər şair kimi tanınmışdım. Lakin ?Omaroğlunun qayıtmasını? yazmağa hazırlaşanda anladım ki, bu, nəsr olacaq. Bu hekayəmin birinci adı ?Cəfəroğlunun qayıtması? idi. Amma bu adla hekayəni çap eləməyə qoymadılar. Dedilər ki, sən Türkiyədə yaşayan dilçi-alim Əkrəm Cəfəroğlunu nəzərdə tutursan. Bu yaxınlarda ?Amerikanın səsi? radiosu üç gün Rasim Balayevin ifası ilə bu hekayəni səsləndirdi. Məcbur olub adı dəyişməli oldum.
Şeirlər nəsrin fərqi mənim üçün zərgərliklə misgərliyin fərqi kimidir. Şeir yazmaq, şair olmaq üçün gərək şair ömrü yaşayasan. Əli Kərim kimi. O adam əsl şair idi.
Mən çox yerlər gəzmişdim, çox adamla tanış olmuşdum, həyatda çox şey görmüşdüm. Bütün bunları şeirlə ifadə etmək mənim üçün çox çətin idi. Buna görə də nəsrə keçdim. Əvvəllər nəsri özüm üçün xobbi hesab edirdim, indi şeiri.
[b]- Amma neçə ildir kitabınız çıxmır...[/b]
- Axırıncı kitabım 1990-cı ildə çıxıb. Düzdür, ?Azərbaycan? jurnalı mənim xeyli əsərimi çap elədi. Amma Anar haqqında tənqidi sözlər deyəndən sonra onlar mənim əsərlərimin çapını dayandırdılar. Hətta əsərin ilk hissəsi çıxmışdı, sonuna da ?ardı var? yazılmışdı. Ardı olmadı.
Amma ?Vektor? nəşriyyatının rəhbəri Elçin İsgəndərzadə mənim ikicildliyimi buraxmaq istəyir. Bir cild şeir olacaq, o biri cild isə nəsr.
[b]- Vaqif Nəsib özünə şair, yoxsa yazıçı deyilməsini istəyir?[/b]
- Bunun mənim üçün heç bir fərqi yoxdur. Amma dünən gecə ?Vektor?da çıxası şeirlərimi korrektə etmək üçün səhər saat 6-ya qədər oyaq qaldım. Düzünü deyim ki, şeirlərimdən özümün xoşum da gəldi. Mən şair kimi xeyli populyar da olmuşam. Rəsul Rzanın gənclər haqqında yazdığı ən iri məqaləsi - ?Durna günü? mənim haqqımdadır. Sonralar mən o məqaləni kitabıma ön söz kimi daxil eləmişəm.
[b]- Rəsul Rzaya münasibətiniz necədir?[/b]
- Mən onu çox istəmişəm. Çünki Rəsul Rza həmişə gənclərə qayğı göstərib, onları hücumlardan qoruyub. Amma təəssüf ki, Anar belə eləmir. O, mənim gözümdə nə qədər böyükdürsə, Anar o qədər kiçilir.
[b]- Anardan söz düşmüşkən, onunla münasibətləriniz necədir?[/b]
- Mən onunla bir neçə il ?Qobustan? jurnalında işləmişəm. Anar baş redaktor olub, mən də onun müavini. Anar Moskvada oxuyurdu, mən də burda jurnalı çıxarırdım. Mən Anarı o zamandan qəbul eləmirdim. Anarın bir saqqalı çatmır ki, sifətini gizlədə. O, vəzifədən beşəlli yapışıb? İndi Yazıçılar Birliyi qeyri-hökumət təşkilatı olub, amma Anar yenə də əl çəkmir. Yazıçılar Birliyi tərəfə heç getmirəm. Bəzən oranın tualetlərindən istifadə edirəm. Yazıçılar Birliyi mənə pulsuz tualetlərindən başqa heç nə vermir.
[b]- Anarı həm də yazıçı kimi qəbul etmirdiniz?[/b]
- Əlbəttə. Rusiyada Anarın kitabı çıxacaqdı. Onun redaktoru gəlmişdi. Mən, Anar, Əkrəm, bir də həmin şəxs kafedə oturmuşduq. Birdən o məndən Anarın yaradıcılığına münasibətimi soruşdu. Mən də dedim ki, Anar mənim üçün ?dibçək yazıçısı?dır. Əkrəm Əylisli orda məni qucaqlayıb alnımdan öpdü.
[b]- Bəs, Anar nə dedi?[/b]
- Anar dedi ki, kaş hamıya münasibətdə belə obyektiv olasan.
[b]- Bəs, Anarla konfliktləriniz nə vaxt başladı?[/b]
- Bir dəfə Elçin Əfəndiyev mənə zəng elədi ki, yazıçılara təqaüd verilir, siyahı hazırlanır, get, Anara de ki, sənin də adını siyahıya salsın. Mənim Elçinlə münasibətlərim yaxşıdır. Elçin mənim haqqında ?525-ci qəzet?də iri bir məqalə də yazıb. Getdim, Anarın yanına. Anar da qəlyan çəkə-çəkə dedi ki, səndən qabaq nə qədər yazıçılar var, gərək hamımız bir yerdə oturaq, təqaüd məsələsini müzakirə edək. Sonra da qayıtdı ki, təqaüdü istedada görə veririk, sosial vəziyyətin ağırlığına görə yox. Mən də ona dedim ki, məndən qabaq sənsən, sən də ?dibçək yazıçısı?san. Məndən qabaq Fikrət Qocadır, o da üç nəğmə yazıb, indi o nəğmələrin hamısı kökdən düşüb.
[b]- Tofiq Abdin deyir ki, Anar sonradan dəyişildi. Siz necə hesab edirsiniz?[/b]
- Tofiq Abdin Anarı görüb ki? Tofiq ?Qobustan? jurnalında işləyəndə Anar Moskvada oxuyurdu. Tofiq Anarı yaxşı tanımır. Ona görə elə deyir.
[b]- Siz Qazaxda doğulmusunuz. Bəs necə oldu ki, siz şeirdə ənənəvi yol tutmadınız. Axı, Qazax daha çox ədəbi ənənənin mərkəzidir.[/b]
- Mən Qazaxda doğulmuşam. Atam Qori seminariyasında Səməd Vurğunla, Osman Sarıvəlli ilə bir sinifdə oxuyub. Mənim ənənəvi şeirlərim də çoxdur. Amma illər keçəndən sonra mənim ənənəyə münasibətim də dəyişdi. Mən uşaq olanda Səməd Vurğunu Qazağın mədəniyyət evində şeir oxuyan, Vaqifin heykəlinin açılışına gələn görmüşəm.
[b]- Amma sizin şeirləriniz daha çox novator şeirlərdir.[/b]
- Yaxşı olar ki, bu sualı Səməd Vurğunun oğlu Vaqifə verəsiniz. Mən, heç olmasa, şeirlərimin 60 faizini ənənəvi üslubda yazmışam. O isə atasına xəyanət edib.
[b]- Dövlət keçən ildən təqaüd verməyə başladı. Amma bu təqaüdü siz, Seyran Səxavət, Ramiz Rövşən, Musa Yaqub, Vaqif Bayatlı Odər almır. Niyə?[/b]
- Mən ?anarxizm? termini yaratmışam. Anarxislətli adamlara anarxist deyirlər. Biz anarxislət deyilik. Ona görə də təqaüd almırıq. Bunun başqa izahı yoxdur. Bir də bu qədər az pul Azərbaycan kimi neft və milyonlar səltənətinə yaraşmaz. Mən təqaüd haqqında başqa şeylər fikirləşirəm. Mənim fikrimcə, ?Yaradıcı ziyalı təqaüdü? təsis olunmalıdır. Bu təqaüd böyük məbləğdə olmalı və ömürlük verilməlidir. Yoxsa bir illik 300 manatı almaqla heç nəyə dərman eləmək olmaz.
[b]- Gənc yazarların yaradıcılığına münasibətiniz necədir?[/b]
- Mən onların yazdıqlarının hamısını oxuyuram. Amma onların da səhvləri var. Onlar bəzi şeyləri inkar edirlər. Bu, düzgün deyil.
[b]- Söhbət nədən gedir?[/b]
- Onlar deyirlər ki, Elçin Əfəndiyevin yazdıqları maklaturadır. Onlar Kamal Abdullanı bir yazıçı kimi görmək istəmirlər. Amma bu, düzgün deyil. Çünki Azərbaycan nəsri bir rəngdə, bir palitrada ola bilməz. Bir az geniş baxmaq lazımdır.
[b]- Yazıçılar Birliyinə olan münasibətinizi bir az konkretləşdirmək istəyirəm. Sizcə, problem Anardırmı?[/b]
- Problem Anardır və onun öz başına yığdığı adamlardır. Misal üçün, Fikrət Qoca. Bu adam haqqında mən ?Palçıq adam! şeirini yazmışam. Bir dəfə də üzünə dedim ki, bu səslə yaltaqlıq etməsən olmaz? Mən onun fiziki qüsuruna gülmürəm. Bu hamımızın başına gələ bilər. Amma bu qədər yaltaqlıq da olmaz axı.
Ya da bir başqası. ?Ulduz? jurnalının baş redaktoru. (Söhbət Elçin Hüseynbəylidən gedir-Q.T.) Baxırsan, ucaboy, sağlam oğlandır. Sənin ədəbiyyatda nə işin var? Get, idmanla məşğul ol. Kimsə səni məcbur edir ki, yazasan?
Siyavuş Sərxanlı şair idi. Onun yerinə ?Azərbaycan? jurnalının poeziya şöbəsi görün kimə tapşırılıb? Qəşəm Nəcəfzadəni... Deyirlər onu dünyanın bütün dillərinə tərcümə ediblər. İndi mən onun şeirlərini oxumaq üçün tamil dilini öyrənim? Ya da Rəşad Məcidi götürün. Bir hekayə yazdı, onu dahi elədilər. Rəşad Məcid ?525-ci qəzet?də hekayəmi verəcəkdi, yəqin daha verməz.
Anar bu adamlardan özünə dəstə düzəldib. Dünyanın heç bir yerində ola bilməz ki, sən xalqın dilində yazmaya-yazmaya ?xalq yazıçısı? olasan. Amma bizdə Çingiz Abdullayev və Maqsud İbrahimbəyov xalq yazıçısı olublar. Azərbaycan dilində bircə sətirləri də yoxdur.
[b]- Yeri düşmüşkən, Nizami Cəfərovla Çingiz Abdullayevin elita mübahisələrinə necə baxırsınız?[/b]
- Nizami Cəfərov tam haqlıdır. Onlar deyir ki, ermənilər, ruslar şəhərdən gedəndən sonra elita itdi. Burda ermənilər elita idilər? Onlar elə ancaq dülgərliklə məşğul olurdular. Bir dəfə erməni yazıçıların biri Mosvada məni görüb dedi ki, sizin ermənilər neyləyir? Mən də dedim ki, erməni ustalar gəlib bir mıx vururlar, 50 manat alıb gedirlər. Biz də onların fahişələrinə bir mıx vururuq, 50 manat veririk. Yəni hər şey əvəz-əvəzdir.
Anar o vaxt Vidadi Paşayev kimi istedadlı adamı təşkilati katib postuna gətirmədi, o da pisikib getdi Moskvada dərs deməyə. Çünki hələ o vaxtdan Çingiz Abdullayev Anarın bığının altından keçmişdi.
Əkrəm Əylisli Çingiz Abdullayev haqqında ən gözəl sözü deyib. Əkrəm deyib ki, kül olsun Azərbaycanın başına ki, Sovet vaxtı ?Ağdam? çaxırı ilə tanınırdı, indi də Çingizin əsərləri ilə tanınır.
[b]- Azərbaycan ədəbiyyatı bu gün ictimai-siyasi proseslərə təsir edirmi?[/b]
- Etmir. Söz qiymətdən düşüb. Bu yaxınlarda UNESKO dünya ədəbiyyatının reytinqini hazırlamışdı. Azərbaycanın heç adı orda yox idi. Hansı təsirdən danışmaq olar? Azərbaycan ədəbiyyatı Biləcəridən o tərəfə bir mükafat ala bilmirsə, nədən danışaq? Zəlimxan Yaqub yaradılıcığı sübut edir ki, Azərbaycanda saray ədəbiyyatı davam edir.
[b]- Amma Zəlimxan Yaqub deyir ki, mən öz sarayımın şairiyəm.[/b]
- Nə fərqi var ki? Saray elə saraydır. Mənim üçün o, Azərbaycan poeziyasının bığıbəyidir.
[b]Qan Turalı[/b]