?Bizim Yol? qəzeti Müzfiq Hüseynovla bağlı Mətbuat Şurasına müraciət edəcək

img

01-06-2009 [03:00]


?Bizim Yol? qəzetinin həbsdəki əməkdaşı Müşfiq Hüseynovun səhhətinin yenidən pisləşməsi ilə əlaqədar Mətbuat Şurasına (MŞ) müraciət ediləcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında sözügedən qəzetin baş redaktoru Bahəddin Həziyev məlumat verib: ?Həbsxanada onunla görüşməyə yalnız ailəsinə və yaxın qohumlarına icazə verildiyindən, onunla görüşmək imkanımız məhduddur. Bizdə olan məlumatlar da elə digər qəzetlərdə olan məlumatlardır. Bu gün Müşfiq bəy həkim müayinəsindən keçəcək. Bundan sonra səhhətindəki problemlərin konkret olaraq nəylə bağlı olduğu aydınlaşacaq. Məsələylə bağlı Mətbuat Şurasına və digər aidiyyatı qurumlara müraciət etməyi planlaşdırırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA