“Eto Mextiyev Ramis, slışite?” - "O, təqdimatını verdiyi aşpaz, prorab, alverçi icra başçılarından heç nə ilə fərqlənmir"
14-02-2026 [00:54]
“Eto Mextiyev Ramis, slışite?” - Ramiz Mehdiyevin rusiyalı əlaqələndirici ilə yayımlanan telefon danışığı bu cür başlayır. Mehdiyevin özü tərəfindən bu cür rusdilli təqdimatı olduqca simvolikdir – çünki o, həmişə Ramiz Ənvər oğlu Mehdiyev yox, məhz “Mextiyev Ramis Enveroviç” olub və kim bilir bu uzun illər boyu ondan neçə minlərlə bu cür telefon danışıqları – xəyanət “donosları”, “raportları” gedib.
Yəqin, buna görədir ki, “Mehdiyev işi”ndə adı keçən şəxslər arasında Vətənə xəyanət ittihamı irəli sürülən yeganə şəxs də məhz “Mextiyev Ramis”dir…
Mehdiyevlə bağlı hələ vəzifədə olarkən, qılıncının nəinki dalı-qabağı, əl tutan dəstəyi də kəsəndə "AzPolitika" olaraq, çox yazmışıq, buna görə başımız da çox ağrayıb. Odur ki, bu gün susub, sadəcə, vaxtilə onun əlini öpməyə hazır olanların, ondan bəhrələnənlərin indi onu necə söyməsinə tamaşa etməklə kifayətlənə bilərdik. Lakin Mehdiyevin özünün iştirakı ilə evindən milyonlarla pulun çıxmasına dair (tarixi) görüntülər elə qarışıq, ziddiyyətli hisslər yaradır ki, buna sadəcə seyr edib susmaq olmur…
Adətən, hansısa məmura qarşı rüşvət əməliyyatı keçiriləndə, ona veriləcək əskinazların üzərinə xüsusi qələmlə “rüşvət” sözü yazılır. Bu söz adi gözlə oxunmur, onu yalnız üzərinə bənövşəyi işıq salanda görmək olur. İndi Mehdiyevin evindən çıxan(və əlbəttə ki, onun sərvətinin çox cüzi hissəsini təşkil edən) hər bir dollar, hər bir manat əskinazının üzərində adi gözlə görünməyən “XƏYANƏT” söz yazılıb və bu sözü yazan hansısa əməliyyatçı yox, Mehdiyevin özüdür, əməlləridir…

Yayımlanan telefon danışığından görünür ki, Mehdiyev 90-ı haqlamaq üzrə olan bu yaşında, (ahıllarımızdan uzaq) nəfəsinin, səsinin harasından çıxdığı bəlli olmayan indiki halında belə özü “təşəbbüslə” çıxış edir, ruslara “xidmət” təklif edir, “ideya” irəli sürür, məktub göndərir və s. Bu da bir daha göstərir ki, xəyanət belələrinin canındadır, bəlkə də qanındadır və onları heç “verbovka” etməyə də ehtiyac yoxdur – yaşından, başından asılı olmayaraq, özləri özlərini təklif edirlər, boyun əyirlər, qulluqda dururlar…

Onun evindən çəkilən mənzərə göstərdi ki, Mehdiyev adını “filosof” qoydurub kitablar yazdırsa da, öz mahiyyətinə, səviyyəsinə görə təqdimatını verdiyi və himayə etdiyi aşpaz, prorab, alverçi icra başçılarından heç nə ilə fərqlənmir – onlar kimi, hətta onlardan da betər primitiv, acgöz, tamahkar biridir…
Yaxşı, indi evindən çıxan o milyonlar Ramiz Mehdiyevin nəyinə yarayır, ona nə verir, onu nədən xilas edir? Heç nədən. Əvəzində, o əskinazların hər birinin üzərində təkcə xəyanət ləkəsi yox, həm də hər bir kasıb azərbaycanlının ahı, oğurlanan, talanan ruzisi var. Yəni, “filosof” Mehdiyev bilmir ki, öz əsil-nəslinə milyonlardan başqa təmiz ad da qoymaq lazımdı? Axı, ən böyük pullar, varidatlar belə əksər hallarda bir iki nəsildən o tərəfə qalmır. Ad isə əbədidir. Ona görə, xalqımız hər zaman buna xüsusi fikir verib və ona görə tariximizdə məsələn, Əliheydər Qarayev kimi barmaqla sayılacaq bir neçə “xadim”dən başqa böyük ölçüdə Vətəninə xəyanət edən, öz xalqının qənimi, cəlladı, satqını olan kimlərisə sadalamaq çətindir…

Unutmayaq ki, hələ də tam açılmayan və əsas günahkarları cəzalandırılmayan “Tər tər işi” kimi Vətənə, orduya, xalqa ləkə yaxmağa hesablanan işlər olub. Bu işlərin də arxasında kimlərin, kimin durduğunu aydınlaşdırmağa ehtiyac var. Onu da yaddan çıxarmayaq ki, “Mextiyev Ramis”in şinelindən çıxan hələ xeyli iri məmur, deputat, hakim, rəis var və simasını, mövqeyini dəyişib indi Mehdiyevin ən qatı tənqidçilərinə çevrilən belələri vəzifələrdə qaldıqca, onların yaratdığı təhlükə də qalır…
Pis olan həm də odur ki, Mehdiyevin banisi olduğu rayon icra hakimiyyəti strukturlarındakı(təəssüf ki, bəzilərində hələ də qalan) korrupsiya sadəcə məişət korrupsiyası, acgözlük, talançılıq deyil. Bu, həm də dərin ictimai-siyasi fəsadlar verən, dövlətin, dövlətçiliyin sütununu laxladan, millətin dövlətə inamını sarsıtmağa yönələn sistem korrupsiyasına çevrilmiş bəladır və ondan Azərbaycana qarşı siyasi alət, təzyiq vasitəsi kimi istifadə edilə bilər və edilir də. Bunun sayəsində Azərbaycan beynəlxalq korrupsiya reytinqlərində ilk 20-liyə, 30-luğa salınır. Odur ki, hər bir iri korrupsioner məmur, nazir, icra başçısı, hakim, rəis və s. potensial Ramiz Mehdiyev ola bilər. Çünki belələrinin “zəif damarı” var və bunu bilən tək biz deyilik…
Ona görə, ölkədə rüşvət, korrupsiya, ədalətsizlik qaldıqca rus, fars, ingilis, yəhudi, ərəb və s. kəşfiyyatlarının ayağı da Azərbaycandan kəsilməyəcək…
Elxan Qüdrətoğlu
“AzPolitika.info”
“Eto Mextiyev Ramis, slışite?” - "O, təqdimatını verdiyi aşpaz, prorab, alverçi icra başçılarından heç nə ilə fərqlənmir"
Ekspertdən M10-dakı şok hadisəyə şərh: "Diqqət birbaşa “Kapital Bank” rəhbərliyinin məsuliyyətinə yönəlməlidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İLHAM ƏLİYEVDƏN MÜSAHİBƏ: "Bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır" - VİDEO
Kreml ABŞ və Ukrayna ilə növbəti görüşün tarix və məkanını açıqladı: "Görüş bu dəfə BƏƏ-də olmayacaq..."
NATO Baş katibi: "Rusiya ilbiz sürəti ilə hərəkət edir və..."
Rutte: "Avropanın daha çox məsuliyyət öz üzərinə götürməsi..."
"ARB" kanalının yayımı 24 saatlıq dayandırılacaq - Bu səbəbə görə
Kollec direktoru vəzifədən çıxarıldı
Arvadını başqa kişi ilə "tutan" kişi dəhşət saçdı: iki uşaqla birgə özünü öldürdü - FOTO
İsrail hərbçiləri "Əl-Cəzirə"nin işçilərini atəşə tutub
Qırmızı Bazarda əkin sahələri icraəyə veriləcək
Partiya sədri qəza törədib? - Özü inkar edir, lakin...
Prezident İlham Əliyev Bərzani ilə görüşüb - Almaniyada
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
AMEA: "Ramiz Mehdiyev burada qala bilməz"
"Əməkdaşlar ancaq "Tik-tok"da videolara baxmaqla məşğuldur" - "Bank Respublika"dan şikayət var
MİDA-nın layihəsi dayandırılıb
YAP qurultay keçirəcək - Gələn ay...
Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Bakıda arvadın, baldızını və onların nənəsinı bıçaqlayan şəxsin şikayətinə baxılacaq
Ata Abdullayev azadlığa buraxılıb
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
Regional şöbədə yoxlama iddiası - Nazirlik şikayətə belə cavab verdi
Rusiya olmayan “Rusiya”: Qərb mediasının geosiyasi dili
İLHAM ƏLİYEV və XANIMI ALMANİYADA - FOTOLAR
Sabiq icra başçısının həbs müddəti 5 ay uzadılıb
Rəsmi Tehran: "Əgər danışıqlar real və..." - "Hər hansı bir avantürizmə qətiyyətlə cavab verəcəyik"
Ançelottini müqaviləsi uzadılır
MEDİADA GEDƏN XƏBƏRLƏRİN SİLİNMƏSİ: hansı hallarda icra edilə bilər?
"Beşiktaş" "Başakşehir" matçına hazırlaşır
Türkiyədə mərc oyunları ilə bağlı qayda dəyişib
Yeni vergi güzəştləri tətbiq ediləcək - Dəyişiklik
ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq, TRIPP və geosiyasi yenidənqurma...
Güclü küləkli əsəcək - Sarı və narıncı xəbərdarlıq verilib
Bakı, Sumqayıt və Abşeronda pensiyalar artımla ödənilib
Minimum əməkhaqqı ilə bağlı qərar verildi
Sabah hava necə olacaq? - Proqnoz
Bakı Moskvanın orbitindən çıxır: postsovet məkanının sonu? - TƏHLİL
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"