İranda "Mossad"ın daha 5 agenti tutulub

img

18-06-2025 [10:54]


İranın Lorestan əyalətində İsrailin xarici kəşfiyyat agentliyi - "Mossad"ın agenti olduğu iddia olunan şəxslərə qarşı əməliyyat keçirilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İRNA rəsmi məlumat yayıb.

Bildirilib ki, 5 nəfərdən ibarət həmin şəxslər sosial mediada İsrailin İrana hücumlarının ictimaiyyət arasında təşviş və qorxu yaratması üçün bütün imkanları ilə çalışıblar: "Dünən eyni əyalətdə daha 18 nəfər təhlükəsizlik qüvvələri tərəfindən oxşar ittihamlarla saxlanılıb".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA