ABŞ bayrağı Dəməşqdə yenidən ucaldılıb

img

30-05-2025 [00:07]


ABŞ bayrağı Dəməşqdə yenidən ucaldılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq Suriyanın paytaxtı Dəməşqdəki ABŞ səfirinin iqamətgahında ABŞ bayrağı yenidən qaldırılıb.

SANA-nın məlumatına görə, Əbu Rummene məhəlləsində ABŞ səfirinin iqamətgahında Suriyanın xarici işlər naziri Əsəd Şeybaninin iştirakı ilə keçirilən mərasimdə Vaşinqtonun Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak da işrtirak edib. 

Mərasim iqamətgahın yenidən açılması üçün təşkil edilən rəsmi proqram çərçivəsində keçirilib.

Xatırladaq ki, ABŞ-ın Dəməşqdəki səfirliyi 2012-ci ildə təhlükəsizlik səbəbi ilə fəaliyyətini dayandırmışdı.

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR