Britaniyada dəhşətli hadisə: 53 yaşlı ingilis maşınla 47 nəfəri vurdu

img

27-05-2025 [07:07]


İngiltərənin Liverpul şəhərində Premyer Liqa çempionluğunu bayram edən azarkeşlərə dəhşətli hücum olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 53 yaşlı ingilis idarə elədiyi maşını bayram edən azarkeşlərin üzərinə sürüb.

Məlumata görə, nəticədə 47 nəfər xəsarət alıb: "Onlardan 20-nin xəsarətləri yüngül olsa da, 27 nəfərin vəziyyəti ağırdır. Onlardan bir neçəsi uşaq və qadındır. Bəzilərinin həyatına təhlükə var".

Şəhərin polis rəisinin müavini Cenni Sims hadisədən sonra mətbuat konfransında bildirib ki, hadisəni törədən 53 yaşlı ağdərili ingilis saxlanılıb.

O, sosial media istifadəçilərindən yaralıların görüntülərini paylaşamamağı, hadisəyə "qızışdırıcı don geyindirməməyi" tələb edib: "Fakt hərtərəfli araşdırılır".

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:02 27.05.2025

Ərdoğan Laçına gəlir

11:32 27.05.2025

Sabahın hava proqnozu...