Yunanıstanda əhali qorxuya düşüb - İçməli suda uran aşkarlanıb

img

23-05-2025 [12:54]


Yunanıstanın şimalındakı Serres şəhərində içməli suda təhlükəli maddı aşkar olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa İttifaqının müvafiq direktivi çərçivəsində ölkədə suyun tərkibi yoxlanılıb.

Məlumata görə, yoxlama nəticəsində Lefkonas, Kristos, Metohi, Melenikiotika və Hrisopigi bölgələrində içməli suda normadan artıq uran aşkar edilib.

Serres Bələdiyyəsinin Su və Kanalizasiya İdarəsinin baş direktoru Nikos Safarikas bildirib ki, məsələ nəzarətə götürülüb: "Sudan tez-tez nümunələr götürülür. Uranın aşkar olunduğu ərazilərdə suyun təmizlənməsi istiqmaətində tədbirlər görülür".

Xəbərdə deyilir ki, suda aşkarlanan təhlükəli maddə əhalidə xof yaradıb.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:34 23.05.2025

Sabah yağış yağacaq