Bu ölkənin paytaxtı zibil içində "üzür" - Səbəb

img

20-05-2025 [23:35]


Kosovonun paytaxtı Priştina zibil içində boğulur.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb paytaxtda bələdiyyə ilə zibil yığılmasına cavabdeh olan şirkət arasında fikir ayrılıqlarıdır.

Məlumata görə, iki qurum arasında borc qalmaqalı artıq sərhədləri aşıb: ""Pastrimi" zibil şirkəti bələdiyyəinin 2.7 milyon avro borcu ödəməməsinə etiraz olaraq, bir neçə gündür işçiləri işə buraxmayıb. Nəticədə paytaxtın küçələri zibil qalalarına çevirlib. Şəhərin gur yerləri üfunət iyi verir".

Şirkət isə bəyan edib ki,  bələdiyyənin borcunu verməməsi səbəbindən işçilər maaş ala bilmir, üstəlik, zibil maşınlarını yanacaqla təmin edə bilmirlər: "Nə vaxt borc ödənilərsə, o zaman işə başlayacağıq"

Zülfiyyə Mustafayeva

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:06 20.05.2025

Daha üç qanun dəyişir