Qəzza gecə boyu bombalanıb - Azı 67 fələstinli həlak olub

img

15-05-2025 [11:31]


İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrini gecəboyu bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin WAFA Agentliyi məlumat yayıb.

Bildirlib ki, nəticədə azı 40 fələstinli həlak olub: "Onların arasında çoxlu qadın və uşaqlar da var"

Məlumatda deyilir ki, ən çox zərbə köçkün fələstinlilərin sığındığı çadırlar və mülki binalar olub: "Bundan başqa, Xan Yunis şəhərində bir çox evi bombalanıb: "Burada isə ən azı 27 nəfər həlak olub".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR