"Rusiya atəşkəsə qarşı deyil" - Zaxarova

img

08-05-2025 [00:01]


"Rusiya atəşkəsə qarşı deyil. Bunun üçün yeganə maneə şərtləri ciddi şəkildə müzakirə etmək istəməyən Kiyev rejimidir"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun “Fox News” telekanalına verdiyi müsahibədə Rusiyanı ittiham etməsini doğru saymayıb: “Rusiya ilə Ukrayna arasında 30 günlük atəşkəsdə yeganə maneənin Putinin olmasını iddia etməsi qəbulolunan deyil. Əksinə, Putin atəşkəs və birbaşa danışıqları dəfələrlə təklif edir...".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA