Husilər: "İsrailin Səna hava limanını bombaladı"

img

06-05-2025 [18:05]


İsrail Yəmənin opaytaxtı Səna hava limanına hava zərbələri endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Husilərə bağlı Əl-Məsirə telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrail və ABŞ Sənanın cənub-qərbindəki Atan bölgəsini, Sənhan rayonundakı Hizyaz Mərkəzi Elektrik Stansiyasını, Beni Haris rayonundakı Zehban Mərkəzi Elektrik Stansiyasını və Amran vilayətindəki sement zavodunu da bombalayıblar.

Məlumatda itkilər barədə informasiya verilməyib.

Qeyd edək ki, hücumdan əvvəl İsrail Ordusunun sözçüsü Aviçay Adraee belə xəbərdarlıq xəritəsi yaymışdı: "Səna Beynəlxalq Hava Limanı bölgəsində hər kəsə təcili xəbərdarlıq, bölgəni və ətrafının dərhal boşaldın!".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:51 06.05.2025

Unun qiyməti sabit qalıb