İsrail ordusu qəsəbəni tam mühasirəyə alıb: "Evlərdə axtarış başlayıb"

img

01-05-2025 [12:29]


İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində Nablusun cənubundakı Beyta qəsəbəsinin bütün girişlərini giriş-çıxışa qapadıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb həmin qəsəbədə əsgərlərindən birinin ağır yaralanması olub.

Məlumata görə, bu hadisədən sonra İsrail ordusu buldozerlər vasitəsiylə Beytanın bütün girişlərini torpaq maneələrlə bağlayıb: "Əhalinin belə qəsəbəyə girib-çıxmasına mane olan İsrail ordusu Beytanı ətrafdan təcrid edib. Buna paralel olaarq, hərbçilər evlərə basqına başlayıb, axtarışlar aparırlar"

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR