Moskvada terror aktı: daha bir tacik qandallandı

img

05-04-2024 [22:24]


Moskvada həyata keçirilən dəhşətli terror aktında əlil olan daha bir nəfər qandallanıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu gün Rusiyanın Basmannı rayon məhkəməsində martın 22-də axşam saatlarında baş vermiş terror aktı ilə bağlı saxlanılan şübhəlilərdən daha biri hakim qarşısına çıxarılıb.

Məlumata görə, “Mütəşəkkil dəstənin üzvü kimi ölümlə nəticələnən terror aktı törətməkdə” ittiham olunan şübhəli Tacikistan vətəndaşı Muhammed Zoirin olub: "Onun barəsində mayın 22-dək həbs qətimkan tədbiri seçilib"

Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskvada “Crocus City Hall” konsert zalında dəhşətli terror aktı törədilib. Nəticədə 144 nəfər həlak olub, 500-dən çox insan isə yaralanıb. 

Bu terrorda indiyədək 13 nəfərin saxlanması barədə xəbərlər yayılıb.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR