Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi

img

03-05-2024 [09:10]


UEFA Avropa Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Aston Villa" ilə qarşılaşan "Olimpiakos" sensasiyalı uğura imza atıb.

Mia.az xarici mediaya istinadla bildirir ki, “Aston Villa” gözlənilmədən Yunanıstanın komandası qarşısında diz çəküb.

Belə ki, Yunanıstan komandası 16, 29, 56 və 67-ci dəqiqədə Ayoub El Kaabi və Santiaqo Hezzenin qolları ilə ingilis komandasını 2:4 hesabı ilə məğlub edib.  

"Aston Villa"nın qolları isə 45+1-də Olli Uotkins, 52-ci dəqiqədə isə Mussa Diabi vurub. 

Bundan əlavə, ingilislərdən Duqlas Luiz 84-cü dəqiqədə penalti zərbəsindən yararlana bilməyib.

Beləliklə, yunanlar mayın 9-dakı cavab qarşılaşmasına rahat çıxacaqlar.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA