“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
07-02-2026 [09:07]
Əvvəlcə özünüzə hörmət edin, əziz klublar!
Futbol üzrə həm Premyer, həm də Azərbaycan Kubokunun oyunlarında medianın iştirakı üçün Peşəkar Futbol Liqasının (PFL) əvəzsiz dəstəyi var. Bu, region oyunlarına diqqətin artırılması və həmçinin bölgələrdə futbolun inkişafına dəstəyin çox əhəmiyyətli ifadəsidi. Media nümayəndələri bu imkandan faydalanır və PFL-ə səmimi əməkdaşlıq üçün hər zaman minnətdarıq.
Hərçənd PFL-in əməkdaşlıq nümunəsi futbol klubları üçün örnək olsa da, bəziləri media ilə münasibətdə müvazinətini saxlaya bilmir, taraz olmayan düşüncələrin təsiri altında büdrəyir.
Klublarda media sahəsində hazırda bir çox təsadüfi adamlar var, onların o yana-bu yana ləngər vurmasını haradasa anlamaq olur. Baş qoşmursan. Yəni, klub özü bilər, öz işçisidi. Bunlar büdrəyib bizim üstümüzə yıxılanda isə məcbursan, tutub qolundan yerində oturdasan.
Məsələn, o gün “İmişli” Futbol Klubunun mətbuat xidmətində işləyən xanım bizim həmkarla deyişmədə bir az protokoldan kənara çıxıb: jurnalistlərin PFL-in vəsaiti ilə region oyunlarına getdiyini, rayonlarda klubların çayını içdiyimizi deyib.
Başqa sözlər də deyib. Həmkarım deyəsən, postunu silib, (məncə nahaq yerə) amma mən həmin postun şəklini çəkib yadigar saxlamışam.
Bəzi region klubları bu və ya digər səbəblərdən Bakıda müvəqqəti məskunlaşıb və ev oyunlarını burada keçirir. Bəzi region klubları isə ümumiyyətlə, bir rayondan digərinə müvəqqəti köçmək məcburiyyətində qalıb.
Lakin yerdəyişmələr o demək deyil ki, sən müvəqqəti olduğun yerdə minimal ehtiyacların təminatını həyata keçirməyəcəksən.
Məsələn, region oyunlarında stadionlarda ayaqyolu problemi var.
Öz stadionunu başqa kluba müvəqqəti olaraq verən klub oyun günü suyu kəsir. Bunun hətta Avroliqa oyunları zamanı şahidi olmuşuq.
Nəinki jurnalistlər, heç stadiona gələn xanımlar üçün tualet nəzərdə tutulmayıb bəzi regionlarda. Mən başa düşürəm, rayonda qadınların stadiona getməsi ənənəsi yoxdu. Amma tualet axı minimal standartdı. Tualet tikiləndə onun kişi-qadın bölməsi olur. Bu, orta əsrlərdən qalma protokol qaydadı. Biz heç feodalizm dövrünün standartına belə uyğun deyilik müasir zəmanədə.
T.Bəhramov adına o boyda stadionda tamaşaçılar üçün tualet var. Media üçün nəzərdə tutulan yerdə də ayrıca kişi-qadın tualeti var, amma qadın tualetinin qapısı həmişə bağlı olur. Biz cəhənnəm, əcnəbi jurnalistlərin də yanında bağlı tualetə görə biabır oluruq: çünki hələ də mədəni halımızda çatışmazlıqların və qadın diskriminasiyasının tablosu var orada. Qadın adam sayılmır, biz kişilərin qabırğasından yaranmışıq, başa düşdüm, “Qarabağ” klubu, amma heç olmasa, bunu gələn-gedənin də gözünə soxmayın, lütfən.
“İmişli”nin ev oyunlarıyçün Qubaya getmək bir ayrı macəradı. Mənə maraqlıdı, klubun mətbuat xidmətinin heç xəbəri varmı ki, camaat onun verdiyi çayı içəndən sonra tualet üçün qaçıb haraya gedir? Kubok oyununda məsələn, biz fasilədə taksiyə minib şəhərin mərkəzinə, hansısa restoranın tualetinə getmişdik. Quba Olimpiya stadionunda izləyicilər üçün tualet yalnız kişilərə tikilib. Qadın yeri yoxdu. Orada “İmişli” ev oyunlarını keçirir. Müvəqqəti də olsa, modul tipli bir tualet təşkil etmək çox çətindi?
“Karvan-Yevlax” klubunda da stadionda qadın tualeti yoxdu. Skybox üçün tualet var, yəni, ağ adamlar üçün, onun da qapısı bağlanmır. Yevlax camaatı deyəsən, ölkəmizdə Açıq Hökumət Platformasının mənasını başqa cür qəbul edib: tualetdə qapı bağlanmır, gərək kiməsə deyəsən ki, çöldə qapını əllə tutsun (!!) ki, başqa gələn olmasın!
Hələ üstəlik, bu oliqarx tualetinin suyu da yoxdu. Su üçün əlavə müraciət etmək lazımdı. Onda da gedib klubdan birini tapıb xahiş edirsən ki, suyu açsınlar. Yalnız bundan sonra sən bu şanlı tualet səhifəsini bağlayaraq, stadiona, doğma media sektoruna qayıda bilirsən.
“Turan-Tovuz” klubunun stadionunda da media sektorda qadın tualeti yoxdu, yalnız baza binada var. Fasilədə qaçıb həmin bazaya getməlisən.
“Qəbələ” klubunun stadionunda heç tualet yerli-dibli yoxdu!
Bu stadionun tikintisində başbilənlər yəqin düşünüb ki, 90 dəqiqə camaat qoy zəhmət çəkib dözsün. Mənə maraqlıdı ki, belə ciddi problemlə orada Dünya Çempionatının seçmə mərhələsi (Azərbaycan-Estoniya) necə keçirilib? FIFA buna necə göz yumub? Standarta uyğun olmayan stadionda oyunların keçirilməsi onların əsasnaməsinə görə, mümkün deyil axı. Görünür, FİFA da “Qəbələ” klubunun personal tualeti mövcud olduğu üçün, yerdə qalan rəiyyəti nəzərə almayıblar.
Beləliklə, 4-cü aydı ki, region layihəsi çərçivəsində oyunlara gedirəm və getdiyim klublarda artıq daimi olaraq tualet məsələsində mənə yardım əlini uzadan qardaşlarla səmimi, yardımlaşma niyyətli dostluqlar tutmuşam özümə. Ayıb da olsa, dostluğumuzun özəyində tualet dayansa da, bu da bizi birləşdirən dəyər olaraq çox önəmli və sarsılmazdı mənimçün.
“Region futbolu” layihəsi çox faydalı və əhəmiyyətli proqramdı. Bunu texniki və təşkilati, həmçinin maliyyə baxımından dəstəkləyən qurumlara və insanlara sonsuz minnətdaram.
Heç şübhəsiz ki, bu proqram hazırlanarkən, qeyd etdiyim texniki detalların nəzərdən qaçması mümkün deyil. Sadəcə, özünə hörmət tələb edən və Premyer liqa klubu titulunu daşıyan klubların infrastruktur böhranının bu dərəcədə ola biləcəyini tam təbii olaraq ehtimal etməyib təşkilatçılar, mənim anladığıma görə.
“Region layihəsi”nin sponsoru Misli bunu əvvəldən bilsəydi, bəlkə də müqavilələrə pampers, qorşok və s. bu kimi xərcləri də əlavə edərdi.
Bu əhəmiyyətli layihənin üzərindən tualet problemini qaldırdığım üçün məni qınamayın, çünki bu dünyada ən güclü motivasiyası olan adam tualetə getmək istəyən adamda olur: qarşısını heç nə ala bilmir.
Zülfiyyə Mustafayeva
Mia.az
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ