Ankarada polis öldürülüb - Döyülərək...

img

06-02-2026 [21:50]


Türkiyənin paytaxtı Ankarada polisi döyərək öldürülüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, avtomobilinin müayinə mərkəzinə aparan M.O.K adlı polis oradaiki nəfərlə mübahisə edib.

Bu zaman onlar qəfildən polisə hücum edərək ona zərbələr endiriblər: "Ağır xəsarətlər alan polis reanimasiyaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyib"

Polisə hücum edənlərdən S.A. həbs edilib, Y.K. isə ev dustaqlığına buraxılıb.

Hadisəyə gəldikdə isə, M.O.K. ilə məntəqə işçiləri arasında mübahisə yaranıb. Belə ki, rəsmilər maşının arxa işığının işləmədiyini bildirərək, sənədi imzalamaqdan imtina ediblər. Mübahisə tez bir zamanda təhqir və hədə-qorxularla müşayiət olunan davaya çevrilib.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA