Bayden tələbələrin aksiyasından ilk dəfə danışdı: "ABŞ avtoritar ölkə deyil"
03-05-2024 [00:29]
ABŞ prezidenti Co Bayden tələbələrin Fələstinə dəstək aksiyalarının ölkəsinin Yaxın Şərq və İsrail siyasətinə təsir etmədiyini bəyan edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.
Tələbələrin ifadə azadlığının hər zaman hörmət edilməli olduğunu qeyd edən Bayden bildirib ki, bununla belə, zorakılığa çevrilən heç nəyə icazə verilməyəcək: "Amerika xalqının səsi həqiqətən eşidildi, dinc nümayişlər amerikalıların mühüm hadisələrə necə reaksiya verdiyinin ən yaxşı nümunələrindən biridir. Amma biz qanunsuz ölkə deyilik, sivil cəmiyyətik və nizam-intizam hökm sürməlidir. Təəssüf ki, bəzi universitet şəhərciklərində hadisələr zorakılığa çevrilib...".
Jurnalistlərdən birinin "bu hadisələrə polis müdaxilə edib" sözünə isə Bayden belə cavab verib: "ABŞ avtoritar ölkə deyil. Nümayişçilər də sıxışdırılmayıb. Sadəcə aksiyalarda zorakılıq olmaz. Dinc nümayişlərə icazə verilir. Zorakılıq olarsa, bu, qanuna ziddir. Əmlaklara zərərvermə dinc nümayiş deyil, vandalizmdir. İcazəsiz mülkə girmək, pəncərələri sındırmaq, kampusları bağlamaq, şəhərcikləri bağlamaq, dərsləri zorla ləğv etmək dinc nümayişlər ola bilməz. Bu, həm də başqalarının haqqını inkar etməkdir".
Xatırladaq ki, aprelin 18-dən bəri ölkə daxilində fələstinlilərə dəstək aksiyalarında 800-dən çox adam saxlanılıb.
Zülfiyyə
MİA.AZ
Lukaşenko Füzuli rayonuna gəlib
Sahibə Qafarova erməni spikerlə görüşüb: "Dialoqun davam etdirilməsi barədə razılığa gəliblər"
Fatih Terim istefaya göndərildi
Ekspert neqativ halları sadalayır: "Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi niyə qaçır?" - "Ciddi çatışmazlıqlar var"
Polşa Türkiyədən 24 ədəd 24 TB2 PUA-sı alıb
MƏKTƏBDƏ ÖLDÜRÜB, DAHA SONRA İSƏ... - Müsavatçının ölümü ilə bağlı yeni xəbər yayıldı (VİDEO)
Ərdoğan həbsdə olan bir qrup generalı əfv edib - Siyahı
XİN: "İrandakı səfirlik yeni məkanda fəaliyyətə başlayacaq"
Cavid Qurbanov oğlunu parlamentə hazırlayır? - Qohumunun yerinə...
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşıb
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb - FOTO
Azərbaycan nefti cüzi bahalaşıb
Balotelli cəzalandırıldı
Ərtoğrul Sağlam: "'Kocaelispor"u Super Liqaya çıxaracağıq"
İsrail Qaçqınlar düşərgəsini yenə bombalayıb
AVRO-2024: Niderlandın heyəti açıqlandı - SİYAHI
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məşhur aktyor Azərbaycan vətəndaşı olmaq istəyir - VİDEO
Səlahəddin Dəmirtaşa 42 il həbs cəzası verildi
Əliyevlə Lukaşenko “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTOLAR
Lukaşenko Azərbaycanda: Prezidentlər görüşüb, yeni sənədlər imzalanıb - Bəyanat (FOTOLAR) - Yenilənib
Nigeriyada məsciddə partlayəş - 11 nəfər ölüb, yaralılar var
Ərdoğan Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb - FOTO
Bakıda axtarışda olan qadın saxlanılıb
Niyə pensiya deyil, müavinət verilir? - MARAQLI FAKTLAR
Yardımlıda narkokuryerlər tutulub - FOTO
Nazir baş həkimi vəzifədən azad edilib
Qarabağ Universitetinə sözçü axtarılır
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Anderson Taliska "Beşiktaş"a dönür?
Türkiyə Mərkəzi Bankın ehtiyatları bir həftəyə 7.5 milyard dollar artıb - Qızıl isə...
Bələdiyyə sədri həbs olunub - Açıqlama
Lukaşenko Şəhidlər xiyabanını ziyarət edib
İki teatra milli status verilib - Hökumətdən qərar
Fikrət Məmmədovun daha bir kadrı "vurulub" - "Mən yeni vəzifəyə təyinat almamışam" (Yenilənib)
Deputat icra başçısını qınadı: "Zirzəmisinin şəhid ailəsinə ayrılması başadüşülən deyil"
Qəzzada savaş: ölənlərin sayı 35 272-yə çatıb