Dünyanı heyrətə salan olay: 17 yaşında yoxa çıxan gənc 27 il sonra qonşunun tövləsindən tapıldı - FOTO

img

16-05-2024 [14:31]


Əlcəzairdə dünyanın böyük maraqla izlədiyi hadisə yaşanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Əlcəzairdə 17 yaşında ikən yoxa çıxan şəxs 27 ildən sonra qonşunun tövləsində tapılıb. 

Məlumata görə, yoxa çıxan şəxsin qardaşı bu günlərdə 61 yaşlı qonşusundan şübhələnib: "Onun şikayəti əsasənda paytaxtdan 300 kilometr cənubda yerləşən Celfe vilayətində 17 yaşında silahlı qruplar tərəfindən qaçırılaraq öldürüldüyü güman olunan Ömər bin Omran 27 ildən sonra qonşusunun samanla dolu zirzəmisində qazılmış bir quyudan çıxarılıb. Hazırda fakt güc qurumları tərəfindən ətraflı araşdırılır".

Açıqlamada bildirilib ki, 61 yaşlı qonşu saxlanılıb.

Xəbərdə deyilir ki, qonşusunun evində samanla örtülmüş çuxurda şok vəziyyətdə tapılan və danışa bilməyən Ömər bin Omranın ailəsi qonşunun sərt cəzalandırılmasını tələb edir.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR