Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
02-05-2024 [19:35]
Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsi (DGK) tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin sabiq rəisi Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az Repot-a istinadla xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə Rafael Əliyev ifadə verib.
O bildirib ki, bu, məlum bir proses idi və sərhəddə alınan rüşvət Komitəyə verilirdi: “Bu fəaliyyətin qanunsuz olduğunu bilirdik. İstər TIR, istərsə də GRP proqramlarına Komitədən kiminsə girişinə icazə yox idi. Biz sadəcə, hesabatlar aparırdıq və gələn pulları eyniləşdirib Komitə sədri olan Asəf Məmmədova, 2018-ci ildən isə Səhhət Həbibbəyliyə verirdik. Pullar gömrük məntəqələrindən manat və dollar kimi alınırdı, sonra dollara çevirilib Komitə sədrinə verilirdi".
Rafael Əliyev maliyyə naziri işlədiyi dövrdə 2017-ci ildə qanunsuz olaraq işə qəbul edilən 8 nəfərə verilən əməkhaqqı məsələsinə də aydınlıq gətirib. O, bildirib ki, bu proseslər ondan əvvəlki dövrdə olub və maliyyə naziri təyin edilərkən həmin işçilərin adları artıq dövlət qulluğu reyestrində olub: "Aylıq 15 min manat paket alırdım. Özümü təqsirli hesab edirəm, məsuliyyət mənim üzərimdədir".
Daha sonra zərərçəkən tərəf olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, istintaq müddətində dövlət büdcəsinə vurulmuş ziyanın bir hissəsi ödənilib və qalan hissənin də ödənilməsi davam edir. O, dəyən ziyanın tam ödənilməsinin təmin olunmasını məhkəmədən xahiş edib.
Məhkəmədə iştirak edən şahidlər bildiriblər ki, onlara bu göstərişləri o zaman Komitənin sədri olan Səhhət Həbibbəyli verib. Həmin müddətdə dövlətin rəsmi proqramına heç bir vəsait ödənilməyib. Sədərək Gömrük məntəqəsində yüklərdən (idxaldan) ay ərzində orta hesabla 800 min - 1 milyon manat, Culfa gömrük məntəqəsində 3 il ərzində təqribən 12,5 milyon manat, Şahtaxtı gömrük məntəqəsində isə 1,2-1,4 milyon manat rüşvət yığılıb. Eyni zamanda, ay ərzində hər bir gömrük məntəqəsində 300-400 min manat, həmçinin 400-500 min dollar vəsait toplanırmış.
Məhkəmə prosesi mayın 23-də davam etdiriləcək.
Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər.
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib