Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var

img

02-05-2024 [21:43]


Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanında polislə etirazçılar arasında toqquşma baş verib.

Mia.az Report-a istinadla xəbər verir ki, yolları bağlayan etirazçılar saxlanılmağa başlayıb.

Qeyd edək ki, polis nəqliyyatın hərəkətinin bərpa olunması üçün etirazçılara dəfələrlə xəbərdarlıq edib(Report).

Xatırladaq ki, bu gün Tbilisidə Gürcüstan parlamentinin qarşısında etiraz aksiyası bərpa edilib.

Aksiyaçılar hazırda Rustaveli prospekti boyunca yol bağlayıblar. Onlar “Rusiya qanunlarına yox”, “Rusiyaya yox, Avropaya hə” şüarları səsləndirirlər.

Onu da qeyd edək ki, Gürcüstanda 11 gündür “Xarici təsirin şəffaflığı haqqında” qanuna etiraz var.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR