İlham Əliyev Mərkəzin nümayəndələrini qəbul edib - Nələr müzakirə olunub?
13-03-2024 [18:47]
Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.
Mia.az xəbər verir ki, görüşdə Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa İdarə Heyətinin üzvlərini qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Vayra Vike-Freyberqa İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edərək, vurğuladı ki, bu, Azərbaycan xalqının dövlətimizin başçısına böyük inam və etimadının təzahürüdür. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, həmçinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və ölkəmizin COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırdı, bunun Azərbaycan üçün çox böyük nailiyyət olduğunu dedi. O, qeyd etdi ki, bu, Azərbaycanın dünyada yaşıl enerji sahəsində də qlobal liderliyinin təcəssümüdür.
Vayra Vike-Freyberqa artıq XI Qlobal Bakı Forumunun Azərbaycanda keçirildiyini deyərək builki forumun iştirakçıları arasında keçmiş dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin, müxtəlif ölkə, beynəlxalq təşkilat, özəl və vətəndaş cəmiyyəti sektorlarının nümayəndələrinin, digər rəsmilərin, ümumilikdə 350-dən çox qonağın olduğunu diqqətə çatdırdı. O, bu forumda qlobal gündəlikdə duran siyasi, təhlükəsizlik, iqtisadi, maliyyə və digər məsələlərin müzakirə olunacağını, həll yolları ilə bağlı tövsiyələrin veriləcəyini qeyd etdi.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin öz növbəsində Azərbaycana təbriklərini çatdırdı və XI Qlobal Bakı Forumunun yeni uğurlara imza atacağına ümidvar olduğunu bildirdi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin də COP29-a sədrlik və bu sessiyaya ev sahibliyi prosesində Azərbaycana öz dəstəyini verməyə hazır olduğunu dedi, Mərkəzdə COP prosesində iştirak etmiş çoxsaylı mütəxəssislərin olduğunu vurğuladı.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi, forumun işinə uğurlar arzuladı. Azərbaycan Prezidenti XI Qlobal Bakı Forumunun da beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından mühüm platforma olduğunu qeyd etdi. Hazırda Azərbaycanın bu tədbirin nəticəyönümlü olması istiqamətində həm mahiyyət, həm də təşkilati nöqteyi-nəzərdən hazırlanması baxımından bütün lazımi tədbirləri həyata keçirdiyini diqqətə çatdırdı. Azərbaycanın qazıntı yanacağı ixrac edən ölkə olması ilə bərabər, yaşıl keçid istiqamətində də çox vacib layihələri icra etdiyini dedi. Prezident İlham Əliyev vurğuladı ki, beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycana olan böyük etimadın təzahürüdür. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyini uğurla başa çatdırdığını xatırladan dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanın bu Hərəkata sədrliyi, müxtəlif beynəlxalq təşkilatlarda fəal rolu və təmsilçiliyi COP29-a sədrliyin də uğurla başa çatdırılması üçün əlverişli imkanlar yaradır. Prezident İlham Əliyev Azərbaycanın bu tədbirə ev sahibliyi edərək qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə prosesinə və milli səviyyədə olan uğurlu addımları ilə yaşıl keçid prosesinə töhfə vermək əzminin və niyyətinin olduğunu qeyd etdi. Hazırda qlobal istiliyin 1,5 dərəcədən çox artmasının qarşısının alınmasının və ya bu çərçivədə saxlanılması üzrə bütün səylərin səfərbər olunmasının vacibliyini qeyd edən Azərbaycan Prezidenti COP29-un xüsusilə iqlim maliyyələşdirilməsi mövzusuna həsr olunduğunu nəzərə alaraq, ölkəmizin bu istiqamətdə bütün beynəlxalq səyləri səfərbər edəcəyini dedi, hazırda Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə birlikdə COP29 çərçivəsində “üçlük” formatında ardıcıl işlər apardığını bildirdi. Dövlətimizin başçısı Xəzər və Qara dənizi birləşdirən yaşıl enerji dəhlizinin yaradılması layihəsindən danışdı.
Görüşdə qlobal və regional gündəlikdə duran məsələlər, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi ətrafında fikir mübadiləsi aparıldı, ölkəmizin regional sülh gündəliyini dəstəklədiyi qeyd edildi. Prezident İlham Əliyev sülh gündəliyinin əsasını təşkil edən fundamental prinsiplərin və sülh müqaviləsinin layihəsinin də məhz Azərbaycan tərəfindən hazırlanaraq təqdim olunduğunu və ölkəmizin Cənubi Qafqaz regionunda sülh gündəliyini yaxından dəstəklədiyini diqqətə çatdırdı.
Söhbət zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri qeyd edildi. Qonaqların özləri də həmin ərazilərimizə dəfələrlə səfər etdiklərini deyərək, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin nümunəvi xarakter daşıdığını və onlarda zəngin təəssürat yaratdığını dedilər.
Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid bir geosiyasi məkan olaraq siyasi, iqtisadi, nəqliyyat, logistika və digər sahələrdə dinamik sürətdə inkişaf edən əməkdaşlığı nümunə kimi qiymətləndirildi. Orta Dəhlizin əhəmiyyətinə toxunularaq, bu xüsusda Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə birgə həyata keçirdiyi layihələrin önəmi qeyd edildi, ölkəmizin Avropanın, xüsusən də Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyinə töhfəsi vurğulandı. Görüşdə Azərbaycanın Avropa ölkələrinə qaz ixracı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”