Nazir inspektoru DYP rəisi təyin edib

img

02-09-2022 [14:36]


Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmrinə əsasən, polis mayoru Şaiq Ağayev Xocavənd Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin olunub.

Qeyd edək ki, o, bu təyinata qədər Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində Yol Nəqliyyat Hadisələri üzrə baş inspektor vəzifəsində çalışıb/Oxu.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA