Ələsgər Məmmədlidən TOPAZ və Misli.az-ın fəaliyyətinə şərh: "...bu anlayışlar bir-biri ilə ziddiyət təşkil edir" - "Qanunsuz reklamlara görə xəbərdarlıq edilməli və..."
22-08-2022 [11:24]
Oyunun tarixi kimi bir sıra informasiyalar reklamda yer ala bilər. Lakin onun təşviqedici özəllikləri, bu oyunların ciddi gəlir mənbəyi kimi təqdim edilməsi qanunla qadağandır.
Mia.az Sputnik.az-a istinadla xəbər verir ki, bu sözləri media üzrə ekspert Ələsgər Məmmədli son vaxtlar TOPAZ və bunun bənzəri hesab edilən, yeni yaradılan Misli.az kimi mərc oyunlarının onlayn mediada, eləcə də yollarda reklamların sayının artmasına münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, lotereya, idman mərc oyunlarının şərtləri, qaydaları, hədiyyələri, uduşları haqda məlumatlar "Reklam haqqında" qanunun 7-ci maddəsində qeyri-dəqiq hesab edilir. Həmin maddəyə görə, belə qeyri-dəqiq məlumatlar yolverilməzdir: "Bu cür oyunların reklamı tamamilə qadağan deyil. Lakin yetkinlik yaşına çatmayan şəxslərin bu oyunlara cəlbi, təşviqedici müraciətlərin olması, belə oyunlarla şəxsin cəmiyyətdə böyük nüfuz qazanacağı barədə vəd verilməsi kimi hallar qanunla qadağandır. Eyni zamanda bu reklamlarda, "100 faiz qazanacaqsız" kimi məlumatların yer alması qadağandır".
Mütəxəssisin fikrincə, bəzən belə təşviqlər çox ciddi şəkildə gəncləri bu cür oyunlara yönəldir. Halbuki qanunvericiliklə təşviq yolverilməzdir: "İnsanlar mərc oyunlarını, lotereyaları qazanc mənbəyi kimi görməməlidirlər. Diqqət halal peşəyə, çalışaraq qazanmağa yönəldilməlidir".
Ə.Məmmədli qeyd edir ki, mərc oyunları ilə bağlı yayılan reklamlarda müraciətlər olur. Belə hallar bir çox ailələri dağıdır: "Çünki oyun iştirakçılarının gözləntiləri olur. Bu mərc oyunlarına qoşulduqdan sonra həmin şəxslərin əllərində nələri varsa, çıxır. Ümumiyyətlə, bu oyunlarla mübarizəyə demək olar ki, göz yumulur".
Ə.Məmmədli bildirir ki, bəzən telekanallarda canlı yayımda bu cür oyunların nəticələri açıqlanır. Bu nəticələrin böyük auditoriyalara təqdim olunması kifayət qədər təşviqedicidir: "Televiziyalar reytinq xatirinə bu məlumatları canlı yayımlarda açıqlayırlar. Ekran başına izləyiciləri toplayıb hər kəsdə bir ümid yaratmaq və ciddi şəkildə bunu önəmli, ictimai hadisəyə çevrimək özü də bir siyasətdir".
Media ekspertinin fikrincə, əsas ciddi problemlərdən biri dövlətin özünün qumar oynatmasıdır: "Dövlətin lisenziya verərək bu tip mərc oyunlarını təşviq etməsi alqışlanacaq hal deyil. Lisenziya verilirsə, deməli, hər kəs bununla məşğul ola bilər. Belə çıxır ki, rəsmi dövlət qurumları lotereya təşkil edə bilər, digərləri yox. Düşünürəm ki, dövlətin buna görə lisenziya verməsi və himayə etməsi ən böyük problemdir".
Ə.Məmmədli bu yaxınlarda Baş nazirin imzaladığı "İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası"nın və "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli qərarında dəyişikliyə də bu fonda münasibət bildirib.
O qeyd edib ki, bu oyunlardan əldə olunan gəlirlərin Gənclər və İdman Nazirliyinə yönəldilməsi də nəticə etibarı ilə həmin vəsaitlərin dövlətin kassasına yönəldilməsidir: "Dövlət büdcəsinə gələn gəlirdən dövlət istədiyi kimi istifadə edə bilər. Bir tərəfdən dövlət idmanı, fiziki cəhətdən sağlam gəncliyi inkişaf etdirmək istəyir, digər tərəfdən isə gəncləri haram pulları əldə etməyə təşviq edir. Axı bu anlayışlar bir-biri ilə ziddiyət təşkil edir. İdman mərc oyunlarının qanunsuz reklamının mümkün qədər qarşısı alınmalıdır. Müvafiq qurumlar bunun qarşısıını almaq üçün sistemli mübarizə aparımalıdırlar".
Ekspert deyir ki, qanunsuz olan reklamlara görə xəbərdarlıq edilməli və onlar yığışdırılmalıdır.
Qeyd edək ki, "Reklam haqqında" Azərbaycan Respublikasının qanunvericiliynə görə, lotereyaların, müsabiqələrin, oyunların, o cümlədən idman mərc oyunlarının və digər tədbirlərin şərtləri, qaydaları və müddətləri, uduşların məbləği və hədiyyələr, onların verildiyi yer və əldəetmə qaydaları, bu cür tədbirlər haqqında məlumat verən mənbə hesab edildiyindən yol verilməzdir. Bu barədə qanunun 7-ci maddəsində qeyd olunur, bildirilir ki, qeyri-dəqiq reklam yolverilməzdir.
Qanunun 12-ci maddəsinə əsasən, lotereyaların (stimullaşdırıcı lotereya istisna edilməklə) və idman mərc oyunlarının reklamının sifarişçisi qismində “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən lotereya təşkilatçısı (stimullaşdırıcı lotereyanın təşkilatçısı istisna olmaqla) və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş idman mərc oyunlarının operatoru çıxış edir. Reklam bilet və kuponların üzərində yerləşdirilə bilər.
Reklamda “Milli Olimpiya Komitəsi” və “Milli Olimpiya komandası” adından, onlardan yaranmış sözlərdən və söz birləşmələrindən yalnız Milli Olimpiya Komitəsi ilə bağlanan müqavilə əsasında istifadə edilə bilər.
İdman tədbirinin, idman mərc oyununun keçirildiyi yerdə reklamın yerləşdirilməsi üçün reklamverici və ya reklam agenti yaxud reklam yayıcısı idman tədbirinin təşkilatçısı yaxud idman mərc oyunlarının operatoru ilə müqavilə bağlayır.
Qanunvericilikdə idman mərc oyunlarının, lotereyaların reklamında bu hallar da qadağandır:
yetkinlik yaşına çatmayanlara müraciət olunması;
bu cür oyunlarda, lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması;
oyunlarda və lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsi, idman yarışlarında tərəflərdən birinin uduş ehtimalının artması ilə bağlı məlumatın təqdim olunması;
oyunlarda və ya lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması.
Lakin qanunvericiliyə görə, idman mərc oyunlarının, lotereyaların reklamı telekommunikasiya, kütləvi informasiya, nəqliyyat vasitələrində, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. Bundan başqa, qanunvericilikdə vuröulanır ki, idman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.
Qanunun 32-ci maddəsinin 32.7 bəndində isə qeyd olunur ki, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.
Xatırladaq ki, yeni dəyişikliyə əsasən idman mərc oyunlarından əldə olunan gəlir MOK-a verilməyəcək!
"İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası"nın və "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli qərarına edilən dəyişikliyə əsasən, bundan sonra idman mərc oyunlarının keçirilməsindən əldə olunan toplam dövriyyədən vergilər tutulduqdan sonra qalan məbləğindən bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinə deyil, Gənclər və İdman Nazirliyinin müəyyən edəcəyi quruma ödəniləcək.
Qeyd edək ki, TOPAZ və Misli.az kimi mərc oyunlarının təşviqedici şüarları sırasında "Həyəcanını qazanca çevir", "Hər 5 dəqiqədə 1 milyon manat qazanma şansı səni gözləyir!", "Mobil tətbiqimizi elə indi yüklə və əyləncəyə başla!" kimi reklamlar yer alıb/Sputnik.az
Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Bakıda arvadın, baldızını və onların nənəsinı bıçaqlayan şəxsin şikayətinə baxılacaq
Ata Abdullayev azadlığa buraxılıb
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
Regional şöbədə yoxlama iddiası - Nazirlik şikayətə belə cavab verdi
Rusiya olmayan “Rusiya”: Qərb mediasının geosiyasi dili
İLHAM ƏLİYEV və XANIMI ALMANİYADA - FOTOLAR
Sabiq icra başçısının həbs müddəti 5 ay uzadılıb
Rəsmi Tehran: "Əgər danışıqlar real və..." - "Hər hansı bir avantürizmə qətiyyətlə cavab verəcəyik"
Ançelottini müqaviləsi uzadılır
MEDİADA GEDƏN XƏBƏRLƏRİN SİLİNMƏSİ: hansı hallarda icra edilə bilər?
"Beşiktaş" "Başakşehir" matçına hazırlaşır
Türkiyədə mərc oyunları ilə bağlı qayda dəyişib
Yeni vergi güzəştləri tətbiq ediləcək - Dəyişiklik
ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq, TRIPP və geosiyasi yenidənqurma...
Güclü küləkli əsəcək - Sarı və narıncı xəbərdarlıq verilib
Bakı, Sumqayıt və Abşeronda pensiyalar artımla ödənilib
Minimum əməkhaqqı ilə bağlı qərar verildi
Sabah hava necə olacaq? - Proqnoz
Bakı Moskvanın orbitindən çıxır: postsovet məkanının sonu? - TƏHLİL
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
Nizami rayonunda 10 il əvvəl evləri sökülən sakinlər küçədə qalıb - "Nə yeni ev verirlər, nə də..."
Türkiyədə sosial mediada fahişləliyə çağırış edənlər qandallandı - Ev, maşınlar və iki şirkətə "əl qoyuldu"
Milli Məclisin iclası başlayıb
Trampın İsrail prezidentinə sərt mesajı cavabsız qalmadı - Hersoq "Bura hüquqi dövlətdir" dedi
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - SİYAHI
Şəhid oğlu direktor təyin edildi
“Araz Fərqindəlik Yaradır” şüarı altında “Xərçənglə Mübarizə Həftəsi” keçirilib - FOTOLAR
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
Azərbaycan nefti 70 dollardan satılır
Böyük Britaniyada şəxsi maşınlarda siqaret çəkilməsi qadağan olunur
NYT: "ABŞ Karib dənizindəki nəhəng gəmini Yaxın Şərqə göndərir"
Zəngilanda əkin sahələri istifadəyə veriləcək
"Təmizlənmə yarımçıq qalmamalıdır” - Partiya sədri
Tramp İranı yenə hədələdi: "Mən bunu arzulamıram, lakin..."
Müdafiə naziri: "Putin bizi döyüş meydanında məğlub edə bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ hərbçiləri geri çəkildi - Suriya ordusu bazaya girdi
"Neftçi" və "Qarabağ" komandalarının oyunu təxirə salınıb
UEFA Millətlər Liqası: Azərbaycan millisinin rəqibləri bəlli olub
Türkiyə kəşfiyyatının rəhbəri Liviyada - Baş nazirlə görüş olub
"Qalatasaray" prezidenti: "İkardi bizim üçün çox dəyərli oyunçudur"
Ərdoğan parlamentdəki davaya qəzəbləndi: "Heç utanmırsınızmı?"