Daha 7 faydalı qazıntı yatağı satılıb

img

03-08-2022 [17:28]


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə növbəti dəfə hərrac keçirib.

Mia.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərracda Xızı rayonunda yerləşən “Şurabad” qum yatağının 5 hektar sahəsi, Bakının Qaradağ rayonunda “Gülbaxt”, “Vulkan”, “Şahqaya”, “Karvansaray” əhəngdaşı yataqlarının müvafiq olaraq 3,66, 13,72, 3, 15,68 hektar sahəsi, Daşkəsən rayonunda “Bulaqlı” mərmərləşmiş əhəngdaşı yatağının 1 hektar sahəsi və Salyan rayonunda “Babazənən 1” gil yatağının 1 hektar sahəsi istifadəyə verilib.

Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/sTcho)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA